"İsrailə təzyiqi artıracağıq"- İspaniyanın Baş naziri
İspaniya İsrailə qarşı təzyiqləri artıracaq.
“Reuters“ xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez danışıb.
Sançez İsrailə gedən gəmilərin və silah-sursat daşıyan təyyarələrin İspaniya limanlarına müraciət etmələrinə və ölkənin hava sahəsinə daxil olmalarına qadağa qoyacaq.
İspaniyanın Baş naziri Fələstinə BMT vasitəsilə humanitar yardımın artırılacağını və İsrail mallarının İspaniyaya idxalına embarqo qoyulacağını da qeyd edib.
Əlavə olaraq, İsrailin Qəzzadakı hərbi əməliyyatlarında iştirak edən istənilən şəxsin İspaniyaya girişinə icazə verilməyəcək./apa
Oxunub: 20
Xəbəri paylaş
Paylaş: