Trampı öldürməyə çalışan şəxsin məhkəməsi olub - Aylar öncədən planlayıbmış
ABŞ-də Prezident Donald Trampa qarşı sui-qəsdə cəhddə ittiham olunan 59 yaşlı Rayn Rutun məhkəmə prosesi keçirilib.
Florida ştatında baş tutan məhkəmə prosesində məlum olub ki, ötən ilin sentyabrında "Palm Beach"-dəki qolf meydançasında Trampa hücum etməyə çalışmaqda ittiham olunan Rut aylar öncədən plan hazırlayıb, silah əldə etməyə cəhd edib, hətta Trampın şəxsi təyyarəsini vurmaq üçün təyyarə əleyhinə silah tapmağa çalışıb.
İttiham olunan şəxs ömürlük həbs cəzası nəzərdə tutan beş maddəni də rədd edib.
Rut Trampa qarşı sui-qəsd niyyəti olmadığını iddia edib və “Bu iş tamamilə mənim xarakterim üzərində qurulub” deyə bildirib. Lakin prokurorlar onun Trampın hərəkətlərini izlədiyini, hərbi silah əldə etdiyini və bir dostuna yazdığı məktubda “Trampa sui-qəsd etməyə çalışdım, əlimdən gələni etdim” sözlərini yazdığını sübut kimi təqdim ediblər.
İttihamnamədə həmçinin, Rutun özünü ukraynalı hesab etdiyi bir nəfər vasitəsilə təyyarə əleyhinə silah almağa cəhd etdiyi, Trampın təyyarəsinin şəklini həmin şəxsə göndərdiyi qeyd olunur.
Press-fakt