SABİQ İCRA BAŞÇISI OTELİNİ SATIŞA ÇIXARDI - 235 milyona... /FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədova aid olduğu deyilən otel satışa çıxarılıb.
Bu barədə “Bina.az” əmlak satışı saytında elan dərc edilib.
Söhbət Sumqayıt şəhəri, Novxanı qəsəbəsində, dənizdən cəmi 300 metr məsafədə yerləşən “Mariana Trench Hotel”-dən gedir. Ümumi sahəsi 18 954 kvadratmetr olan obyektin əsas sahəsi 15 721 kv.m-dir. Dizaynla inşa olunmuş bina hazırda işlək vəziyyətdədir və bütün əşyaları ilə birlikdə satılır.
Satış qiyməti kvadratmetr üçün 15 min manat olaraq göstərilib və ümumilikdə 235,8 milyon manata təklif olunub.
Qeyd edək ki, Razim Məmmədov 2006–2018-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb./azpolitika


Oxunub: 25
Xəbəri paylaş
Paylaş: