Consondan Ukrayna çağırışı: Rusiya vurulmalıdır
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna Silahlı Qüvvələrinə (UAF) Rusiya daxilindəki hərbi bazalara zərbələr endirməsinə icazə verməyə çağırıb.
Bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
“Prezident Trampın özü çox haqlı olaraq qeyd edib: biz ukraynalılara bu silahlardan bazalarda istifadə etməyə icazə verməliyik”, - deyə siyasətçi bildirib.
O əlavə edib ki, indi Ukraynanın müdafiə qabiliyyətini inkişaf etdirmək üçün ən çox maliyyə yardımına ehtiyacı var./publika.az
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: