HƏMAS LİDERLƏRİNİ TÜRKİYƏ KƏŞFİYYATI XİLAS EDİB - MİT-dən xüsusi ƏMƏLİYYAT
Ötən gün Qətərə danııqlar üçün çağırılan HƏMAS liderlərini İsrailin hücumuna məruz qalmaqdan Türkiyə kəşfiyyatı xilas edib.
Bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
Qəzetin diplomatik mənbələrdən əldə etdiyi məlimata görə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Qətərdə HƏMAS nümayəndə heyətinə İsrailin mümkün hücumu barədə öncədən xəbərdarlıq edib.
MİT-in bu məlumatı hücumdan bir qədər əvvəl əldə etdiyi bildirilir.
Məhz MİT-in xəbərdarlığından sonra təhlükəsizlik tədbirləri gücləndirilib və nəticədə HƏMAS-ın yüksək səviyyəli üzvləri xilas ola bilib.
Qeyd edək ki, hücumda əsas hədəf Dohaya danışıqlar üçün gələn HƏMAS nümayəndə heyəti olub. Hücum nəticəsində bir neçə nəfər, o cümlədən HƏMAS-ın Qəzzadakı liderlərdən birinin rəsmi nümaəndəsi Cihad Labed və HƏMAS lideri Xalil əl-Hayyanın oğlu Həmmam həlak olub.
Qətər Xarici İşlər Nazirliyi bildirib ki, zərbələr bir neçə HƏMAS rəsmisinin yaşadığı evlərə dəyib. Əvvəlcə bəzi mənbələr Xalil əl-Hayya və HƏMAS-ın siyasi büro rəhbəri Xalid Məşəlin öldüyünü iddia etsə də, sonradan bu məlumat təkzib edilib.
Xatırladaq ki, ötən gün İsrail təyyarələri Qətərin paytaxtı Dohaya raket zərbələri endirib. Qətərlə yanaşı bir çox dövlət və beynəlxalq təşkilat tərəfindən bunun terror hücumu olduğu, Netanyahu hökumətinin beynəlxalq hüququ pozduğ bəyan olunub.
Türkiyə, Avropa İttifaqı, Böyük Britaniya, Kanada və bir çox başqa ölkələr hücumu pisləyiblər. Səudiyyə Ərəbistanı isə İsrailin cavab verəcəyini bəyan edib.
ABŞ prezidenti Donald Tramp hücumu “üzücü hadisə” kimi dəyərləndirib və bir daha təkrar olunmayacağına inandığını bildirib.
Press-fakt