"Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var"- Ermənistanın Baş naziri
Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistanda və onun hüdudlarından kənarda Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var.
Bu barədə Report xarici KİV-ə istinadən xəbər verir.
"Bəli, sülh bərqərar olub. Lakin həm Ermənistanın özündə, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa, dayandırmağa çalışan qüvvələr var", - o qeyd edib.
N.Paşinyan bildirib ki, avqustun 8-də Vaşinqtonda sülh bağlanıb.
"Bəyannamənin mətni imzalanıb. Bu, bir çoxlarının proqramına daxil deyil. Belə qüvvələr həm Ermənistanda, həm də onun hüdudlarından kənarda var", - o bildirib.
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: