Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Paşinyan tərəfdarlarını mitinqə çağırdı
  • "Daha bir "məxməri inqilab" olmayacaq"- Paşinyan
  • Paşinyan Rusiyanı biabır etdi: ““İSGƏNDƏR” RAKETLƏRİNİ ATDIQ, PARTLAMADI”
  • Sərkisyan niyə qəfil istefa verdi?
  • Sarkisyanın da aqibəti bu cür olacaq - Paşinyan devrilsə, müharibə başlayacaq
  • Paşinyanın valideynləri: 12 YAŞINDAN NİKOLU ÖGEY ANASI BÖYÜDÜB -  FOTOLAR

    • Tarix: 11-09-2025, 00:45

    Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb - FOTOLAR

    Nikol Paşinyan Ermənistanın son illərdəki ən mübahisəli və eyni zamanda ən tanınmış siyasi fiqurlarından biridir. O, siyasətə jurnalist və vətəndaş fəalı kimi daxil olub. 2018-ci ildə baş verən “Məxməri inqilab” zamanı xalqı arxasınca apararaq Serj Sarkisyanın istefasına nail olub.

    N.Paşinyan Ermənistanda güclü populist ritorikası və xalqla emosional təmas qurmaq bacarığı olan lider kimi tanınıb.

    O, postsovet məkanında Qərbyönümlü siyasət yürütməyə çalışan azsaylı dövlət rəhbərlərindəndir. Rusiya ilə ənənəvi ittifaq və təhlükəsizlik asılılığı fonunda Qərbə meyl etmək Paşinyanı mürəkkəb geosiyasi dilemma qarşısında qoyub. O, həm Rusiyanın dəstəyini saxlamağa, həm də Avropa və ABŞ-a yaxınlaşmağa çalışır.

    2020-ci ildə İkinci Qarabağ müharibəsindəki məğlubiyyət Paşinyanın liderlik qabiliyyətinə ciddi zərbə vurdu. Ermənistan cəmiyyətinin bir hissəsi onu uğursuz və səriştəsiz baş nazir hesab edir. Siyasi rəqibləri xalqı Paşinyanın üstünə qısqırtmaq üçün onu türklərə və azərbaycanlılara işləməkdə suçlayır, "türk casusu", "xain", "satqın" adlandırırlar. Digərləri isə ölkədəki vəziyyətin əvvəlki hakimiyyətlərdən miras qaldığını düşünürək, onu dəstəkləyirlər.

    Hazırkı baş nazir daxili siyasətdə çevik və cəld addımlar atsa da, regional və təhlükəsizlik siyasətində bəzən qeyri-müəyyən və ziddiyyətli qərarlar verir.

    Nikol Paşinyan seçki kampaniyalarında istifadə etdiyi ritorika və danışıq tərzi (məsələn, “siz hamınız baş nazirsiniz”, “keçmiş rejimin günahıdır” və s.) vasitəsilə xalqla dərindən əlaqə yaratmaq bacarığı nümayiş etdirib.

    Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün müxtəlif yollara əl atır. Bu, həm daxili siyasi rəqabəti minimallaşdırmaq, həm də seçki öncəsi narazılıqları azaltmaq üçün görülən hiyləgər taktika kimi qiymətləndirilir.

    Bəzi təhlilçilər Paşinyanı xalqın panik vəziyyətini istifadə edən çoxmanevrli siyasətçi kimi görürlər. Başqa sözlə o, vəziyyətdən çıxmaq üçün hiyləgərlik bacarığına malikdir.

    Onun baş nazir kimi fəaliyyəti geniş ictimaiyyətin diqqətini çəksə də, şəxsi həyatı, xüsusilə də valideynləri barədə məlumatlar nisbətən az bilinir.

    Press-fakt modern.az-a istinadla bu dəfə Nikol Paşinyanın ata-anasından bəhs edən yazını təqdim edir.

    Bu yazıda Nikol Paşinyanın kimdən törədiyi, hansı ailədə böyüdüyü və valideynlərinin həyatı barədə bəzi  faktlara nəzər salacağıq.

    Nikol Paşinyanın atası Vova Paşinyan Sovet dövrünün tipik ziyalılarından biri olub. O, Ermənistanın İcevan şəhərində doğulub. Vova Paşinyan ixtisasca idman müəllimi idi və yerli cəmiyyət arasında nüfuz sahibi sayılırdı.

    O, uzun müddət İcavendakı 1 nömrəli orta məktəbdə bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərib. Vova Paşinyanın şagirdləri arasında sonradan müxtəlif sahələrdə tanınan insanlar olub.

    Erməni mənbələrində qeyd olunur ki, Vova Paşinyan sadə həyat tərzinə malik, açıq fikirli və millətçi düşüncələrə sahib bir insan kimi tanınırdı. Oğlunun jurnalistika və siyasət sahəsinə olan marağını kiçik yaşlarından dəstəkləyib.

    Nikol Paşinyanın anası Svetik Ovanesyan evdar qadın olub. Tanıyanlar onu ailəsinə və övladlarına bağlı insan kimi xatırlayır. Haqqında mediada çox az məlumat olsa da, bəzi yerli mənbələrdən əldə edilən bilgilərə əsasən, Svetik Ovanesyan təmkinli, sakit təbiətli və övladlarının təhsilinə xüsusi diqqət ayıran qadın olub.

    Svetik Ovanesyan 1987-ci ildə, Nikolun 12 yaşı olanda xəstəlikdən vəfat edib. Bu səbəbdən ailə başçısı Vova Paşinyan ikinci dəfə evlənib.

    12 yaşında anadan yetim qalan Nikolu və qardaşlarını ögey anası Yercanik Çibuxçyan böyüdüb.

    Nikol Paşinyan 1975-ci ildə İcevan şəhərində dünyaya gəlib. Ona İkinci Dünya müharibəsində həlak olmuş ata babasının adı verilib.

    Ailədə demokratik bir tərbiyə sistemi mövcud olub. Onun valideynləri, xüsusilə atası oğlunun sərbəst düşünmə qabiliyyətini inkişaf etdirməyə çalışıb. Paşinyanlar ailəsində kitablara, tarixə və siyasətə böyük maraq göstərilib. Bu da Nikolun gələcəkdə jurnalist və siyasətçi kimi formalaşmasına ciddi təsir edib.

    Nikol Paşinyan müsahibələrinin birində valideynləri ilə bağlı bunları deyib:

    “Atam mənə dürüst olmağı, fikirlərimi açıq deməyi öyrətdi. Anam isə səbirli olmağı və insanlara hörmətlə yanaşmağı təlqin edirdi”.

    Bu ifadələrdən də görmək olur ki, Paşinyanın şəxsiyyətində valideyn tərbiyəsinin rolu az deyil.

    Paşinyanın özündən böyük iki qardaşı var - Armen və Artak. Yeri gəlmişkən, Nikol orduda xidmət etməyib, ondan əvvəl böyük qardaşları əsgərlikdə olublar - Azərbaycanla müharibədə iştirak ediblər. Ermənistan qanunlarına görə, ailədə iki qardaş müharibədə iştirak edibsə, üçüncü qardaş bu öhdəlikdən – hərbi xidmət keçməkdən azaddır.

    Nikol Paşinyan İcevandakı 1 saylı orta məktəbi bitirib.

    Paşinyana orta məktəbdə dərs demiş adını açıqlamayan müəllimlərdən biri “Hraparak” qəzetinə onun dəcəlliklərindən danışıb. Bildirib ki, Nikol məktəb illərində müəllimlərinə ciddi problemlər yaradırmış.

    “Tez-tez dərsdən qaçardı, bütün məktəbə bəla idi və iş o yerə çatdı ki, atası, məktəbdə bədən tərbiyəsi müəllimi işləyən Vova Paşinyan onu hamının gözü qarşısında döydü. Başqa sözlə desək, o, yeniyetməlik illərindən problem çıxarmaq, fitnə-fəsad törətməklə xarakterizə olunurdu”, - müəllim deyib.

    Nikol 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika ixtisasına daxil olub. Tələbəlik illərində "Dprutyun", "Hayastan", "Lragir", "Lragir or", "Molorak" qəzetlərilə əməkdaşlıq edib.

    Beşinci kursda Nikol universitetdən qovulub - özü bunu siyasi səbəblərlə əlaqələndirir.

    “Hraparak” qəzeti yazır ki, Nikol tələbəlik illərdində işlədiyi qəzetlərdə universitetinə, müəllimlərinə, müxtəlif məmurlara qarşı o qədər yazılar yazıb ki, 5-ci kursda təhsilini yarımçıq qoymağa məcbur olub. Çünki onu İrəvan Dövlət Universitetindən xaric ediblər,

    “Jurnalistika fakültəsinin dekanı, özü də icevanlı (Nikolun həmyerlisi-red.) olan Qarnik Ananyan onun haqqında həmişə pis danışırdı. Paşinyan təkcə dekan haqqında deyil, onun bacısı, İcevan vilayət komitəsinin katibi Cemma Ananyan haqqında da yazılar yazıb. Bir tərəfdən dərsə getmirdi, bir tərəfdən də konflikt yaradırdı, fakültə dekanı 5-ci kursda onu universitetdən xaric etmək qərarına gəldi. Bundan sonra o, ciddi şəkildə jurnalistika ilə məşğul olmağa başladı, “Planet” qəzetində çalışdı, sonra oradan ayrıldı, “Oragir”, daha sonra isə “Haykakan Jamanak” qəzetlərini açdı”, - baş nazirin keçmiş müəllimi deyib.

    N.Paşinyan 1998-ci ildə müxalif “Oragir” nəşrinin təsisçisi və baş redaktoru olub. O, böhtan atma və işgüzar nüfuzun pozulması ittihamı ilə bir neçə cinayət işində müttəhim olub. Nikol  Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı fəal şəkildə dəstəkləyib və ikinci prezident Robert Köçəryanı, müdafiə naziri Serj Sarkisyanı (sonradan baş nazir, ardınca isə ölkə prezidenti olub-red.) və onların müttəfiqlərini kəskin tənqid edib, onları “Qarabağ klanı” adlandırıb.
    “Oragir” qəzeti 1999-cu ildə məhkəmə qərarı ilə fəaliyyətini dayandırıb.

    1999-cu ildə Nikol Paşinyan gündəlik "Haykakan Jamanak" (“Ermənistan vaxtı”) qəzetini yaradıb, 2012-ci ilə qədər ona rəhbərlik edib. Daha sonra baş redaktor vəzifəsini onun həyat yoldaşı Anna Akopyan tutub.
    2004-cü ilin noyabrında Paşinyanın “Niva”sı İrəvanın mərkəzində - “Haykakan Jamanak” qəzetinin redaksiyasının yanında partladılıb. Həmin vaxt maşında heç kim olmayıb. Nikol Paşinyan hadisəni sui-qəsd cəhdi kimi qiymətləndirib və biznesmen Qaqik Tsarukyanı ittiham edib.

    Nikol Paşinyan 2006-cı ildən siyasətə qoşulub. Əvvəlcə “Alternativ” təşəbbüsünü yaradanlardan biri olub, daha sonra “İmpiçment” siyasi blokunu təşkil edib və onun rəhbəri olub. Partiya birliyinin əsas məqsədi baş nazirin və prezidentin istefasını tələb etmək idi.

    2008-ci ilin prezident seçkilərində Nikol Paşinyan ikinci yeri tutan namizəd Levon Ter-Petrosyanın qərargahında çalışıb. Seçkilərdən sonra müxalifətçilər İrəvanın mərkəzində mitinqlər təşkil ediblər. Nəticədə polislə toqquşma baş verib, ölənlər olub. Bu hadisələrdə fəal iştirak edən Paşinyan kütləvi iğtişaşların təşkilində ittiham olunaraq saxlanılıb. O, məhkəmənin çıxardığı 7 illik həbs cəzasının 2 ilini türmədə keçirib və 2011-ci ilin mayında amnistiyaya əsasən azadlığa çıxıb.

    Azadlığa çıxandan sonra Nikol Paşinyan yenidən siyasətə qayıdıb. 2012-ci ilin mayında Erməni Milli Konqresindən parlamentə deputat seçilib. Bir il sonra Nikol Paşinyan bu siyasi təşkilatı  tərk edib. 2015-ci ildə isə “Mülki müqavilə” partiyasını təsis edib. 2017-ci ildə yenidən deputat seçilib.
    Siyasətçi 2017-ci ilin mayında İrəvan meri vəzifəsinə namizədliyini irəli sürüb. Lakin uduzaraq ikinci yeri tuta bilib.

    Nikol Paşinyan dayanmaq fikrində deyildi. O, 2018-ci il martın 31-də o zaman baş nazir təyin olunması gözlənilən Serj Sarkisyana qarşı “Mənim addımım” adlı yürüş təşkil edib. Yürüş Gümrü şəhərində başlayıb və 14 gün sonra İrəvanın Azadlıq meydanında başa çatıb, burada aksiyaya çevrilib və iştirakçılar ölkədə “Məxməri inqilab”ın başlandığını elan ediblər. Apreldə Sarkisyan yenidən Ermənistan hökumətinin başçısı təyin edilib, lakin etirazlar fonunda baş nazir aprelin 23-də istefa verib. Əvəzində Paşinyan tərəfdarları onun baş nazir postuna namizədliyini irəli sürüb və növbədənkənar parlament seçkilərinin keçirilməsində israr ediblər.

    2018-ci ildəki aksiyalarda Nikolun valideynləri – Vova Paşinyan və Yercanik Çibuxçyan da iştirak edərək oğlanlarını dəstəkləyiblər.

    2018-ci ilin may ayında Ermənistan parlamenti Nikol Paşinyanı hökumət başçısı postuna təsdiqləyib. Qələbə qazanan Paşinyan tezliklə növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə söz verib. Bu məqsədlə oktyabrın 16-da o, rəsmən istefa verib və dekabrın 9-da keçirilən səsvermədən sonra Nikol Vovayeviç rəsmi olaraq yenidən hökumətə rəhbərlik edib.

    2018-ci ilin mayında Nikolun atası Vova Paşinyan 81 yaşında vəfat edib. O, uzun sürən xəstəlik səbəbindən – xərçəngdən dünyasını dəyişib.

    Baş nazir seçilən Nikol Paşinyanın daxili siyasətinin əsas prioritetlərindən biri korrupsiyaya qarşı mübarizədir. O, hakimiyyətə gəldikdən sonra ölkədə Daxili İşlər Nazirliyi, Vergilər Xidməti və digər dövlət qurumlarında ciddi təmizləmələr aparılıb.

    Paşinyanın dövründə kiçik biznesin vergi yükünün azaldılması, nazirlik və idarələrin sayının ixtisarı, habelə xarici investorlar üçün güzəştlərin tətbiq edilməsi həyata keçirilib.

    Nikol Paşinyan karyerasının əvvəlində Qarabağla bağlı sərt siyasət yürüdürdü və işğal olunmuş torpaqları Azərbaycana qaytarmaq fikrində deyildi. Lakin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra siyasətçi bu problemə münasibətini dəyişməli oldu və Qarabağı Azərbaycanın ərazisi kimi tanıdı.

    Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra rəqiblərinin təzyiqi ilə üzləşən N.Paşinyan 2021-ci ilin yazında yeni parlament seçkiləri elan edib və rəsmən istefa verib. Həmin ilin yayında onun “Mülki müqavilə” partiyası 54% səs toplayaraq yenə də rəqiblərini üstələyib. Bu onu göstərdi ki, vətəndaşlar hələ də Paşinyanın siyasətinə inanırlar.

    Erməni mənbələri qeyd edir ki, Nikol Paşinyanın valideynləri, o, baş nazir seçiləndən sonra da İcevanda sadə bir evdə yaşayıblar. Yalnız ərinin ölümündən sonra Yercanik Çibuxçyan paytaxta köçməli olub.

    Paşinyana 12 yaşından analıq edən Yercanik Çibuxçyan mediaya açıqlamasında Nikolu çox səbrli adam kimi təsvir edib.

    “Əgər o, hər şeyi təsəvvür etdiyi kimi etsə, biz gözəl ölkədə yaşayacağıq”,- deyə analığı Nikol Paşinyana inandığını vurğulayıb.

    Yercanik Çibuxçyan deyib ki, Nikolun ögey anası olsa da, onlar həmişə bir-birinə qarşı dogmalar kimi davranıblar. Onun sözlərinə görə, Nikolun digər qardaşlarına da doğma anadan artıq olub.

    "İndi onların övladları - nəvələrim mənə “nənə” deyəndə bilirsiniz necə sevinirəm… Ailə ən böyük xoşbəxtlikdir. Nikolun atası ilə evliliyimin ilk günlərində oğlanlara baxanda çaşardım - hansının Artak, hansının Armen, hansının Nikol olduğunu qarışdırırdım?! Sonra tədricən doğmalaşdıq və onlar mənə bütün qohumlarımdan daha yaxın oldular", - deyə ögey ana mətbuata müsahibəsində söyləyib.

    Analığı Nikolun Ermənistanı işıqlı günlərə çıxaracağına əmin olduğunu deyir: "Mən xalqımla fəxr edirəm ki, 2018-ci ildə hamı bir nəfər kimi ayağa qalxdı və məqsədinə çatdı. İndi xalq yaxşı günlərə doğru irəliləyir", - Nikolun ögey anası bildirib.

    Nikol Paşinyan tələbə yoldaşı olmuş Anna Akopyanla evlidir. Onlar birinci kursda tanış olublar.  

    “İlk dəfə auditoriyaya daxil olanda dərhal bu adı eşitdim - Nikol Paşinyan. Hamı ondan danışırdı: müəllimlər, dekanlar, tələbələr. Sonra birinci kurs tələbəsi kimi mənə vacib bir tapşırıq verildi: qəzetə məqalə yazmaq. Məhz o vaxt Nikolun işlədiyi redaksiyaya getdim. Nikol mənə ilk baxışdan aşiq oldu, mən də ona”, - Anna Akopyan bildirib.

    Anna ilə Nikolun izdivacından dörd uşaq dünyaya gəlib: oğlu Aşot, qızları Mariam, Şuşanna və Arpine.

    Ə.Qafarlı


    Oxunub: 74
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.