“Habertürk” və “Show TV”yə həbs qoyuldu - 8 yüksək vəzifəli rəhbər...
Türkiyənin nüfzulu şirkətlərindən hesab edilən "Can Holding"ə qarşı əməliyyat keçirilib.
Press-fakt xəbər verir ki, Küçükçekmece Prokurorluğu şirkətə qarşı cinayət təşkilatı yaratmaq, qaçaqmalçılıq, fırıldaqçılıq və çirkli pulların yuyulması iddiaları ilə cinayət işi açıb.
“Habertürk” və “Show TV” də daxil olmaqla holdinqə bağlı 121 şirkətə həbs qoyulub, 8 yüksək vəzifəli rəhbər barəsində həbs qərarı çıxarılıb.
Oxunub: 13
Xəbəri paylaş
Paylaş: