BAKIDA "FORMULA-1"-ə GÖRƏ BU YOLLAR BAĞLANACAQ - SİYAHI

Sentyabrın 19–21-də keçiriləcək “Formula-1 Qatar Airways” Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq Bakıda bir sıra küçələrdə nəqliyyat məhdudiyyətləri tətbiq ediləcək.
Press-fakt yarışla əlaqadər bağlanacaq yolların siyahısını təqdim edir:
- 12 sentyabr saat 01:00-dan Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişən hissəsində hərəkət bağlanacaq. Bu məhdudiyyət yarış bitənədək qüvvədə qalacaq;
- 15 sentyabr saat 01:00-dan 23 sentyabr saat 08:00-dək Bakı Şəhər Halqasının keçdiyi küçələr və trek ərazisi nəqliyyat üçün tam bağlı olacaq. Bu zonalara yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə daxil olmaq mümkün olacaq.
Müvəqqəti açıq vaxtlar:
15, 16 və 17 sentyabrda – səhər 07:00–09:00 və axşam 18:00–20:00;
18 sentyabrda – səhər 07:00–09:00 və axşam 20:00–22:00.
Giriş istiqamətləri:
- Salyan şosesi – Neftçilər prospekti və Azneft dairəsi;
- M.Lermontov küçəsi – BMT-nin 50 illiyi küçəsi və İstiqlaliyyət küçəsi;
- S.Vurğun küçəsi – Ü.Hacıbəyli küçəsi və Bülbül prospekti;
- Bülbül prospekti – Xəqani küçəsi və Neftçilər prospekti;
- Nizami–Puşkin küçələrinin kəsişməsi – Xəqani küçəsi.
Çıxış istiqamətləri:
- Neftçilər prospekti – Bakı Dəniz Limanı və “Crescent Mall”;
- İstiqlaliyyət küçəsi – Azərbaycan prospekti;
- Neftçilər prospekti – Azneft dairəsi və “Dəniz Mall”;
Bakı Şəhər Halqası bildirir ki, bu yollar yalnız tranzit keçid üçün istifadə olunacaq. Fövqəladə hallar istisna olmaqla, həmin dəhlizlərdə parklama, sərnişin mindirmə və endirmə qadağandır. Bundan əlavə, ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkətinə də icazə verilməyəcək.