Mobil operatorlar bu il 800 milyon manatdan çox gəlir əldə edib
2025-ci ilin yanvar-avqust aylarında mobil operatorlar 825,9 milyon manat gəlir əldə ediblər.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 7,3% artaraq 2401,8 milyon manat təşkil edib, onun 73,7%-i əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 34,4%i və ya 825,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Qeyd edək ki, bu sahədə əldə edilmiş gəlirin 83,5%-i qeyri-dövlət sektorunun payına düşüb.
Press-fakt
Oxunub: 13
Xəbəri paylaş
Paylaş: