Gürcüstanda koronavirusa yoluxanların sayı 1 500-ü ötdü
Gürcüstanda son sutkada koronavirusa 23 yeni yoluxma faktı təsdiqlənib, 3 pasiyent sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 510 nəfərə, sağalanların sayı isə 1 243-ə çatıb. 19 nəfər xəstəlikdən vəfat edib.
Hazırda Gürcüstan üzrə karantin zonalarında 5 828, tibbi nəzarətdə isə 232 nəfər saxlanılır.
Oxunub: 433
Xəbəri paylaş
Paylaş: