Bakı və İrəvan BMT-də eyni cür səs verdilər - 6 ölkə Fələstin bəyannaməsinin əleyhinə çıxdı
Azərbaycan və Ermənistan BMT-də Fələstin dövlətinin yaradılmasına dair keçirilən səsvermədə qəbul edilən sənədin lehinə səs veriblər.
Məlum olduğu kimi, BMT Baş Assambleyası iki dövlət - Fələstin və İsrailin yaradılmasının dəstəklənməsinə dair bəyannamə qəbul edib.
Press-fakt xəbər verir ki, bəyannamənin lehinə 142 ölkə səs verib. Bu sıraya Azərbaycan, Ermənistan, İran, Rusiya, Türkiyə, Ukrayna və digərləri daxildir.
10 ölkə bunun əleyhinə çıxıb. Bu sırada ABŞ, İsrail, Macarıstan, Argentina və digərləri var. 12 ölkə bitərəf qalıb.
Sənədin təşəbbüskarı isə Fransa və Səudiyyə Ərəbistanı olub.
Oxunub: 18
Xəbəri paylaş
Paylaş: