ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi - Daha 32 şirkət “qara siyahı”ya düşdü
ABŞ Ticarət Nazirliyi 32 xarici şirkəti Rusiyaya tədarüklərə görə sanksiya siyahısına əlavə edib.
Qərb mediası xəbər verir ki, sənədlərin layihəsi ölkənin Federal Reyestrində dərc olunub. Siyahıya 23 Çin, 3 Türkiyə, 2 BƏƏ şirkəti, həmçinin Hindistan, İran, Sinqapur və Tayvandan olan müəssisələr daxildir. ABŞ rəsmilərinin fikrincə, bu şirkətlər ölkənin milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd fəaliyyətlərlə məşğul olublar.
Departament bildirib ki, həmin şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi üçün tədarüklər həyata keçirib və lazımi icazə olmadan Amerika məhsullarını ölkəyə ixrac ediblər. Sənəddə vurğulanır ki, təşkilatlar Rusiyaya hərbi texnika istehsalı üçün komponentlər təqdim ediblər.
Nazirlik, həmçinin əvvəllər məhdudiyyətlərin tətbiq olunduğu Rusiya strukturlarından birinin ünvanını dəqiqləşdirib, əlavə olaraq Rusiyada 9, Belarusda isə 3 strukturla bağlı məlumatları korrektə edib.
Sanksiya siyahısına daxil edilən şirkətlər üçün əlavə ixrac məhdudiyyətləri qüvvəyə minəcək. Onlar hər hansı təchizat, mal və texnologiyaların təkrar ixracı və ya transferi üçün xüsusi lisenziya almalı olacaqlar. Yeni məhdudiyyətlər 2025-ci il sentyabrın 16-da qüvvəyə minəcək.
Press-fakt