Sabiq nazir barədə həbs qərarı verildi
Vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirləndirilən Gürcüstanın keçmiş müdafiə naziri Xuanşer Burçuladze barəsində həbs qətimkan tədbiri seçilib.
Bununla da hakim Eka Barbakadze ittiham tərəfinin vəsatətini təmin edib.
Bundan əvvəl müdafiə tərəfi zaminə buraxılması ilə bağlı məhkəməyə vəsatət vermiş, hakim təmin etməmişdi./modern.az
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: