DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı vəfat edib.
Press-fakt Musavat.com-a istinadən xəbər verir ki, DSX zabiti, baş leytenant Hüseyn Ağayev dünyasını dəyişib.
İlkin məlumata görə, Hüseyn Ağayev xidmətdə olan zaman ehtiyatsızlıqdan öz silahından açılan atəş zamanı həyatını itirib.
Mərhumun nəşi ailəsinə təhvil verilib və o dəfn edilib.
Allah rəhmət eləsin!
Oxunub: 6
Xəbəri paylaş
Paylaş: