Türkiyə əsilli Sinan Selen Almaniyanın ƏKS-KƏŞFİYYATINA RƏHBƏRLİK EDƏCƏK - "Bild"
Türkiyə əsilli Sinan Selen ölkədə əks-kəşfiyyat funksiyalarını yerinə yetirən Konstitusiyanın Müdafiəsi Federal İdarəsinin yeni rəhbəri təyin olunacaq.
Bu barədə "Bild" qəzeti Xristian Demokrat və Xristian Sosial Birlik bloklarının və Almaniya Sosial Demokrat Partiyasının parlament fraksiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatlarına görə, sentyabrın 15-də Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt Zelenin təyinatı barədə qurumun işçilərinə məlumat verəcək.
Əks-kəşfiyyatın əvvəlki rəhbəri Tomas Haldenvanq 2024-cü ilin sonunda Bundestaq (parlament) deputatlığına namizədliyini irəli sürmək üçün vəzifəsini tərk edib, lakin deputat seçilə bilməyib.
Press-fakt
Oxunub: 24
Xəbəri paylaş
Paylaş: