Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu mərhələdə Gəncə şəhərindən 14 ailə (56 nəfər), Bakı şəhərindən 12 ailə (56 nəfər), Abşeron rayonundan 3 ailə (13 nəfər), Tərtər rayonundan 1 ailə (6 nəfər), Samux rayonundan 1 ailə (4 nəfər), Mingəçevir şəhərindən 1 ailə (4 nəfər), ümumilikdə 32 ailə - 139 nəfər Kəlbəcər şəhərinə köçürülür.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Kəlbəcər şəhərinə cəmi 52 ailə (223 nəfər) köçürülüb./apa
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: