Azərbaycan ordusunu heç vaxt üstələyə bilmərik - Paşinyan
Ermənistan heç vaxt Azərbaycan ordusunu üstələyə bilməz.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən «Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025» konfransında bildirib.
O qeyd edib ki, Ermənistana ordu lazım deyil:
"Ordu nə qədər güclü olursa olsun, yenə də Azərbaycan ordusunu, üstəlik güclü müttəfiqləri olan Azərbaycan ordusunu üstələyə bilməz".
Paşinyan əlavə edib ki, Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq: “Yazda söyləmişdim ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq, indi də bəyan edirəm: artıq Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub”.
Press-fakt
Oxunub: 20
Xəbəri paylaş
Paylaş: