"QƏZZADA ÖLDÜRÜLƏN fələstinlilərin sayı 680 MİN NƏFƏRDİR” - BMT DƏHŞƏTLİ rəqəm AÇIQLADI
“İsrailin zərbələri nəticəsində Qəzza zolağında həlak olan fələstinlilərin real sayı 65 min nəfər olaraq göstərilən rəsmi statistikadan 10 dəfə çoxdur və ən azı 680 min nəfərdir”.
Bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albaneze bildirib.
"Qəzzada öldürülən fələstinlilərin sayı 65 min nəfərdir və onların da 75%-dən çoxu qadın və uşaqlardır. Əslində, 680 min rəqəmi üzərində düşünməliyik. Çünki bu, bəzi alim və tədqiqatçıların Qəzzada real ölənlərin sayı olduğuna inandıqları rəqəmdir", - o deyib.
Albaneze qeyd edib ki, xüsusən də müstəntiqlərə və başqalarına Fələstin ərazisinə giriş qadağan edilsə bu rəqəmi sübut etmək və ya təkzib etmək çətin olacaq.
O həmçinin bildirib ki, əgər bu rəqəm təsdiqlənərsə, onların 380 mini 5 yaşadək uşaqlar olacaq./apa