Azərbaycanda bu istiqamətlər üzrə büdcə xərcləri kəskin azaldılır
2026-cı ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 92,1 milyon manat olması nəzərdə tutulur.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,3 % azdır.
2026-cı ildə Azərbaycanda mənzil və kommunal təsərrüfatı xərclərinin 298,2 milyon manat olması nəzərdə tutulur.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 19,4 % azdır.
2026-cı ildə Azərbaycanda ətraf mühitin mühafizəsi xərclərinin 357,2 milyon manat olması nəzərdə tutulur.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,8 % azdır.
2026-cı ildə Azərbaycanda mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 568,6 milyon manat olması nəzərdə tutulur.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,6 % azdır.
Press-fakt