Trampdan jurnalistə: Sakit ol, səs tonun xoşuma gəlmədi!
ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bir neçə gərgin an yaşanıb.
Press-fakt xəbər verir ki, avstraliyalı jurnalistin "İşdə olan bir prezident ticarətlə bu qədər məşğul olmalıdırmı?" sualına Tramp kəskin reaksiya verib:
“Hazırda Avstraliyaya çox ziyan vurursan. Onlar mənimlə razılaşmaq istəyirlər… Bunu liderinizə deyəcəyəm. Bu sualı çox pis tonda verdin”, – deyə, Tramp bildirib.
Jurnalistin “Bağışlayın” cavabına isə Tramp qısa şəkildə “Sakit ol” deyə reaksiya verib.
Prezidentin başqa bir jurnalistlə də gərgin dialoqu yaşanıb. Müxbirin Baş prokuror Pam Bondidən sitat gətirməsinə cavab olaraq Tramp deyib:
"Nifrət nitqindən sonra yəqin ki, sizin kimilərin arxasınca gedəcəyik. Çünki mənə qarşı çox haqsızlıq edirsiniz."
Trampdan İsrailin Qəzza şəhərinə qurudan hücumu ilə bağlı mövqeyi də soruşulub. Bu sualı cavablandırarkən o, “Eşitdim ki, onlar (Qəzzaya) daxil olmaq istəyirlər. Amma vəziyyəti görməliyəm, bu barədə əlimdə çox məlumat yoxdur” deyə, bildirib.