"Qarabağ" "Benfika"nı məğlub etdi - Böyük məbləğdə gəlir qazandı
UEFA Çempionlar Liqasının liqa mərhələsində Azərbaycanın təmsilçisi “Qarabağ” böyük uğura imza atıb.
Ağdam klubu ötən gecə səfərdə Portuqaliyanın nəhəngi “Benfika”nı 2-3 hesabı ilə məğlub edib.
Bu qələbə təkcə idman baxımından deyil, həm də maliyyə baxımından "Qarabağ" üçün əhəmiyyətli olub.
Belə ki, UEFA-nın mükafat sisteminə əsasən, liqa mərhələsində hər qələbəyə görə klublara 2.1 milyon avro ödənilir. Beləliklə, “Qarabağ” Lissabonda qazandığı bu tarixi qələbə ilə büdcəsinə 2.1 milyon avro əlavə edib.
"Qarabağ" növbəti oyununu evdə "Kopenhagen"ə qarşı keçirəcək.
Press-fakt
Oxunub: 13
Xəbəri paylaş
Paylaş: