Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
Həbs olunan Adnan Əhmədzadənin "MESSİ PİARI": NEÇƏ MİLYON XƏRCLƏMİŞDİ?
TALIBOV GÜRCÜSTANDA SATDIĞI OTELİ GERİ ALDI - Necə maliyyələşdirdiyini də AÇIQLADI /FOTO
Adnanın əmlaklarına HƏBS QOYULUB, xanımının HESABLARI BLOKLANIB -  KİV
Press-fakt.az
    
  • Aviasiya insidentlərini onlar araşdıracaq:
    Aviasiya insidentlərini onlar araşdıracaq: Baş nazirdən Qərar
  • 
  • Baş nazir ət məhsulları barədə yeni QƏRAR İMZALADI
    Baş nazir ət məhsulları barədə yeni QƏRAR İMZALADI
  • 
  • Dərnəgül bazarının arxasındakı evlər SÖKÜLÜR
    Dərnəgül bazarının arxasındakı evlər SÖKÜLÜR
  • 
  • Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək -
    Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək - Tramp
  • 
  • 23 yaşlı oğlaının təcili yardım maşınında
    23 yaşlı oğlaının təcili yardım maşınında müəmmalı ölümü
  • 
  • Beynəlxalq Müəllimlər Günü  ilə bağlı MÜDTA-dan AÇIQLAMA
    Beynəlxalq Müəllimlər Günü ilə bağlı MÜDTA-dan AÇIQLAMA
  • 
  • "BMT öz işini görsəydi, dünyada müharibələr olmazdı"-
    "BMT öz işini görsəydi, dünyada müharibələr olmazdı"- Tramp
  • 
  • İlham Əliyev İraq Prezidenti ilə görüşüb - 
    İlham Əliyev İraq Prezidenti ilə görüşüb -  Yenilənib /FOTO
  • 
  • Rusiyanın ən böyük qaz emalı zavodu iflic oldu -
    Rusiyanın ən böyük qaz emalı zavodu iflic oldu - Ukrayna PUA-ları böyük zərər vurdu
  • 
  • İranda deputatlar nüvə silahı hazırlamaq tələbi ilə çıxış ediblər
    İranda deputatlar nüvə silahı hazırlamaq tələbi ilə çıxış ediblər
  • 
  • 25 ölkənin XİN rəhbəri İsraili Qəzzadan tibbi dəhliz açmağa çağırıb
    25 ölkənin XİN rəhbəri İsraili Qəzzadan tibbi dəhliz açmağa çağırıb
  • 
  • Tramp Bakı və İrəvan arasındakı sülhdən də danışdı -
    Tramp Bakı və İrəvan arasındakı sülhdən də danışdı - "7 ayda 7 müharibəni dayandırdım"
  • 
  • Adnanın əmlaklarına HƏBS QOYULUB, xanımının HESABLARI BLOKLANIB -
    Adnanın əmlaklarına HƏBS QOYULUB, xanımının HESABLARI BLOKLANIB -  KİV
  • 
  • Federal Təhlükəsizlik Xidmətinin sərhəd gözətçi gəmisi Bakı limanında -
    Federal Təhlükəsizlik Xidmətinin sərhəd gözətçi gəmisi Bakı limanında - FOTOLAR
  • 
  • Rusiyada ölüm cəzası bərpa olunacaqmı?-
    Rusiyada ölüm cəzası bərpa olunacaqmı?- Yeni Baş prokurordan açıqlama
  • 
  • Paşinyan eks-prezidentlərə MEYDAN OXUDU: 
    Paşinyan eks-prezidentlərə MEYDAN OXUDU:  "ÖVLADLARINIZ HARADA İDİLƏR?!"
  • 
  • Ağdam şəhərinə ilk köçün VAXTI AÇIQLANDI -
    Ağdam şəhərinə ilk köçün VAXTI AÇIQLANDI - İlk mərhələdə 110 ailə
  • 
  • Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev
    Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev işdən çıxarıldı
  • 
  • Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatdı -
    Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatdı - Emin Hüseynov
  • 
  • Şahin Mustafayev Təbrizə GETDİ -
    Şahin Mustafayev Təbrizə GETDİ - Onu Fərzanə Sadiq müşayiət edir /FOTO
  • 
  • Fransa və Almaniya MÜHARİBƏ HAZIRLIQLARINA BAŞLADI -
    Fransa və Almaniya MÜHARİBƏ HAZIRLIQLARINA BAŞLADI - Rusiya-Avropa qarşıdurması GÜCLƏNİR
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Kommunal xərclərin artırılması xalqa deyilsə, kimə təsir edir?
  • Azərbaycanda müdafiə və təhlükəsizlik xərcləri artırılır – RƏQƏM
  • GƏLƏN İL SAHİBKARLARI NƏ GÖZLƏYİR?- Vergi, gömrük və cərimə proqnozları artırıldı /RƏQƏMLƏR
  • Gələn il Azərbaycanın dövlət büdcəsi 26 milyard manata yaxın olacaq
  • Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq
  • “GƏLƏN İL CİDDİ SÜRPRİZLƏRLƏ DOLU OLACAQ...”-  “Vergi tətili uzadılmasa, işsizlik artacaq...”

    • Tarix: Bu gün, 11:45

    Natiq Cəfərli: “Bütün bu baş verənlərin kökündə hökumətin seçim qarşısında qalması dayanır: ya devalvasiya, ya da köklü şəkildə vergilərin, cərimələrin artırılması...”

    Press-fakt xəbər verir ki, ReAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli “azpolitika”ya müsahibəsində Maliyyə Nazirliyinin 2026-cı ilin büdcəsinə dair ilkin proqnozlarını dəyərləndirib, problemləri, onlardan çıxış yolların və gözləntiləri açıqlayıb.

    Müsahibəni təqdim edirik:

    - Natiq bəy, Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsinə dair ilkin proqnozlarını açıqlayıb. Görünən odur ki, ötən illə müqayisədə gəlir və xərclər cüzi artıb. Nazirliyin proqnozları Sizə nə deyir?

    - Gəlirin artımı cəmi 67 milyon 100 min, xərclərin artımı isə təxminən 145 milyon manatdır. Bunlar son illərlə müqayisədə ən aşağı göstəricilərdir. Bu, ondan xəbər verir ki, ölkənin maliyyə dayanıqlığında, büdcə daxilolmalarında ciddi problem var. Təəssüf ki, hökumət bu problemi ortaya qoyub həll etmək əvəzinə, müxtəlif yollarla büdcə gəlirlərinin artırılması strategiyasını seçib. Bəlkə də doğru yol kimi bunu görüblər.

    Gəlirlərin və xərclərin artırılmasının müxtəlif yolları var. Amma görünən odur ki, əsas yükü vətəndaşın çiyninə ötürmək yolu ilə büdcədə yaranmış problemlərin həllinə yönəlik addımların atılması gözlənilir. Məncə, gələn il ciddi sürprizlərlə dolu olacaq.

    Əslində, 2026-cı il ümumiyyətlə, sakit ildir, seçki yoxdur, hansısa siyasi proseslərin olması ehtimalı da çox aşağıdır. Bu fonda müxtəlif sahələrdə vergi, gömrük və qiymət artımlarına getmək daha rahat olur. Gələn ilin büdcə parametrlərinə baxanda da bu görünür. Məsələn, fiziki şəxslərin gəlir vergisində 29 faiz artım proqnozlaşdırılır.

    - Bu məsələni bir qədər geniş izah etməyinizi xahiş edirəm. Büdcə proqnozunda yazılan 29 faiz artım sahibkarlar üçün nə deməkdir?

    - Söhbət ondan gedir ki, 2019-cu ildən bu günə qədər fiziki şəxslərə, özəl sektorda və qeyri-neft sektorunda çalışanlara yeddi illik vergi tətilləri verilmişdi. Bu müddətdə gəlir vergisinin 14 faizi ləğv olunmuşdu. Maaşdan tutulan hissədə vəziyyət belə idi - minimum əmək haqqı çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz vergi tutulurdu. Üstəlik, gəlir vergisi ilə yanaşı 3 faiz də sosial müdafiəyə ayrılır. Dövlət sektorunda bu gün də eyni formula tətbiq olunur. İşəgötürənlər üçün başqa formul işləyir.

    Özəl sektorda isə vəziyyət belə idi - biz bu yeddi il ərzində gəlir vergisi vermirdik, amma bunun əvəzində Sosial Müdafiə Fonduna 10 faiz ödəyirdik. Yəni dövlət sektorundan üç dəfədən də çox biz DSMF-yə pul ödəyirdik. Bundan əlavə 2,5 faiz də əlavə ödənişlər var idi - icbari tibbi sığorta, işsizlik sığortası və s. Yəni, biz təqribən 12,5 faiz işçi olaraq vergi ödəyirdik. Bizim üçün fərqi yoxdur – bu məbləğ DSMF-yə gedirdi və ya büdcəyə, çünki DSMF də icmal büdcənin tərkibindədir.

    İndi vergi tətilləri başa çatır. Bunun uzadılıb-uzadılmayacağı ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Bildiyimizə görə, Milli Məclisə də bu barədə hansısa qanun layihəsi daxil olmayıb. Əslində, əgər köhnə qaydaya geri dönülürsə, qanun layihəsinə ehtiyac yoxdur. Sadəcə, yeddi il bitir və avtomatik olaraq köhnə qayda bərpa olunur. Bu isə o deməkdir ki, yenə də maaşdan minimum əmək haqqı çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz gəlir vergisi, 3 faiz Sosial Müdafiə Fonduna, 2,5 faiz də tibbi sığorta və işsizlik sığortasına tutulacaq. Yəni, artıq bizim vergi yükümüz təqribən 20 faizə çatacaq. Açığı, bu, ciddi problemlər yaradacaq. İndidən bunu söyləmək mümkündür. Özəl sektorda ixtisarlar da olacaq. Yenidən “boz” əmək haqlarına dönüş mümkündür və çox güman ki, belə də olacaq. Çünki iş adamını da başa düşmək lazımdır: əgər işçi 1000 manat maaş alırdısa və onun 100 manatı, obrazlı desək, Sosial Müdafiə Fonduna gedirdisə, indi təqribən 200 manata yaxın vergi və ödənişlər – sosial müdafiə, gəlir vergisi, tibbi sığorta və işsizlik sığortası üçün tutulacaq.

    - Əsas yük işəgötürənin üzərinə düşür?

    - Yox. Amma işəgötürən üçün də ayrı bir dərd var, işçilər üçün əlavə ödənişlər artır.

    Məsələn, əvvəllər 100 manat idisə, indi 200 manat olacaq. İşçi də deyəcək ki, mənim maaşım artmalıdır. Mən 1000 manat alırdımsa, heç olmasa indi 1100 manat almalıyam ki, o yüz manat da artan vergilərə getsin. Amma işəgötürən buna razı olacaqmı? Məncə, indiki dövrdə bu, belə olacaq - işəgötürən təklif edəcək ki, ya sən köhnə maaşla işləməlisən, ya da üç nəfər işləyirsinizsə, bir nəfəri ixtisar edəcəyik. Mənə elə gəlir ki, bu, həm işsizliyin artmasına, həm də “boz mühasibatlıq” deyilən məsələyə – yəni konvertdə maaş verilməsinin genişlənməsinə gətirib çıxaracaq.

    Bu gün İqtisadiyyat naziri fəxrlə deyir və buna haqqı da var ki, biz iqtisadiyyatın müəyyən hissəsini “ağartmışıq”, əsasən də əmək müqavilələrini. Amma niyə “ağartdılar”? Çünki yeddi illik vergi tətili var idi. Vergi tətili bitəndən sonra bu proses davam edəcəkmi? Əksinə, geriyə dönüş başlayacaq. Ona görə mən bunu ciddi problem sayıram və düşünürəm ki, hökumət bu məsələdə ciddi düşünməlidir.

    Bəzi təkliflər də səsləndirilib ki, guya gəlir vergisi yalnız 2500 manatdan yuxarı əmək haqlarına tətbiq olunsun, əvvəlki maaşlar isə olduğu kimi qalsın. Amma bu da yanlışdır. Birincisi, bunun üçün qanunda yenidən dəyişiklik edilməlidir, qanun layihəsi hazırlanmalıdır. İkincisi, o zaman 3000 manat maaş alan adam rəsmi olaraq maaşını 2400 manat kimi göstərəcək, qalan 600 manatı isə əlbəəl alacaq. Bu halda yenə dövlət itirəcək, yenə büdcə zərər görəcək. Çox yanlış yanaşmadır. Mənə elə gəlir ki, yanlışın yarısından geri dönmək xeyirlidir. Nəyə görə bunu əminliklə deyirəm? Xatırlayırsınızsa, 2023-cü ildə təklif olunmuşdu ki, bəzi fərdi sahibkarların – əsasən konsaltinq sahəsində çalışan hüquqşünasların, jurnalistlərin vergisi 20 faizə qaldırılsın. O vaxt mən dəfələrlə publika qarşısında çıxış edərək bunun yanlış olduğunu dedim. Çoxları - öz ekspertləri, öz media nümayəndələri açıq deməsələr də, içəridə başa düşürdülər ki, bu səhv addımdır. Və nəticə etibarilə, bu ilin yanvarın birindən köhnə qaydaya qayıdıldı. İndi yenə 5 faizdir. Yəni, qulağı kəsib sonra saymağa ehtiyac yoxdur. Azərbaycanda, təəssüf ki, bəzən belə olur: əvvəl səhv addım atılır, sonra düzəldilir. Halbuki, əvvəlcədən bu proqnozları vermək mümkündür, bunun hansı problemlər yaradacağını da görmək çətin deyil.

    Mən düşünürəm ki, bu vergi tətili heç olmasa yenidən yeddi il müddətinə uzadılmalıdır. Çünki uzadılmasa, həm işsizlik, həm də “boz mühasibatlıq”la bağlı yenidən ciddi problemlər yaranacaq.


    - Büdcəni doldurmaq üçün neft deyil, qeyri-neft sektorundan daxilolmalarda artım pronoz edilir. Məsələn, gömrükdən 3,8 faiz artıq yığım olmalıdır. Ümumi mənzərə belədir ki, iqtisadiyyat böyümür, amma büdcə yığımları - gömrük, vergi artır. Paradoks deyilmi?

    - Bu, sistem daxilində paradoks deyil. Anlayırlar ki, vergi daxilolmaları azalsa, büdcənin daxilolmaları azalacaq. Çünki iqtisadi aktivlik 0,9 faizdir. Əslində, artım 2 faizə qədər olanda, bu, resessiya sayılmalıdır. Çünki bu artım yalnız inflyasiyanın yaratdığı multiplikativ effektə görə yaranır. Yəni sadəcə, başa düşürlər ki, vergi daxilolmalarının artması iqtisadiyyatın daralmasına gətirib çıxarır. Bu azalmanın yerini doldurmaq üçün iqtisadi aktivliyi artırmaq lazımdır. Onun əvəzinə isə vergiləri və rüsumları artırırlar.

    İndi iqtisadi aktivlik azalır. Yeddi illik vergi tətili ləğv edilsə, büdcə 600 milyon manat artmalı idi. Amma nə qədər artır? 145 milyon. Deməli, bunu anladıqları üçün iqtisadi aktivliyin artırılması əvəzinə vergilərin artırılması yolunu seçirlər. Gömrükdə də niyə artacaq? Çünki avtomobillərlə də bağlı bəzi güzəştlər var idi, o da bitir. Yanvarın birindən hibrid və elektrikli avtomobillərlə bağlı güzəşt vaxtı bitir. Onlar da 18 faizlik ƏDV-yə cəlb olunacaq.

    Başqa bir fakta diqqət edək. Dünyada elə bir ölkə yoxdur ki, cərimələrlə öz problemlərini həll etsin. Cərimələr pul yığmaq üçün nəzərdə tutulmayıb. Cərimənin məntiqi pozuntunun olmamasıdır. Əgər siz 2026-cı il üçün, məsələn, 1,1 milyard manat cərimə daxilolması və üstəlik 10 faiz artımı proqnozlaşdırıb bunu büdcəyə salırsınızsa, deməli, gecə-gündüz dua edirsiniz ki, hamı qaydaları pozsun. Halbuki, dövlətin marağı onda olmalıdır ki, cərimələr azalaraq aradan qalxsın, insanlar qanunauyğun fəaliyyət göstərsinlər. Cərimənin məntiqi ictimai davranışı tərbiyələndirməkdir, büdcəni doldurmaq deyil. Bizdə isə bu fəlsəfə başa düşülmür. Ona görə də büdcə proqnozlarında görürsən ki, cərimələr, dövlət və ya xüsusi qurumların göstərdiyi pullu xidmətlər əsas gəlir mənbələrindən biri kimi təqdim edilir. Bu, dolayı vergi deməkdir.

    Azərbaycanda dolayı vergiləndirmə onsuz da həddindən artıq yüksəkdir. Məsələn, xarici pasport almağa gedirsən, 60 manat ödəməlisən. Onun real maya dəyəri nə qədərdir? Dövlət xidmət göstərmək üçün vəsait ayırıb, üstəlik vətəndaşdan həm rüsum, həm də xidmət haqqı tutulur. Əgər bu xidmət dotasiya ilə maliyyələşmirsə, onda açıq elan edilsin ki, məsələn, ASAN Xidmət müəyyən dövr ərzində dotasiyadan imtina edib, öz maaşlarını yalnız göstərdiyi xidmət hesabına təmin edir. Amma mən belə bir məlumat görməmişəm. Ola bilər ki, var, amma ən azından ictimaiyyətə təqdim edilməyib. Halbuki, pasportun maya dəyəri maksimum 10 dollar ola bilər, siz isə onu 35 dollara satırsınız. Dövlət biznes qurmaq üçün deyil axı...

    Ümumiyyətlə, rüsumlar, cərimələr və vergilərin artırılması sonuncu vasitə olmalıdır. Mən dəfələrlə dövlət məmurları və deputatlarla görüşlərdə bunu açıq şəkildə izah etməyə çalışmışam. Siz deyirsiniz ki, bəzi sahələr rentabelli deyil. Bizə universitetin birinci-ikinci kurslarından öyrədirlər ki, biznes idarəçiliyində rentabelli olmayan müəssisədə atılacaq ilk addım xərclərin azaldılmasıdır. Əvvəlcə xərcləri optimallaşdırırsan. Əgər bundan sonra da ziyan qalırsa, onda qiymət artımı barədə düşünmək olar. Amma o zaman da elə addım atmalısan ki, nə müştərini itirəsən, nə də məmnuniyyət aşağı düşsün. Bizdə isə bunun əksi baş verir.

    Məsələn, deyirlər ki, nəqliyyata dövlət dotasiya verir. Amma metropoliten açıqlama verir ki, bir sərnişin daşınması əvvəlki hesablamalara görə 55 qəpik zərərlə başa gəlir.

    - 600 milyon manata yaxın yığılmış zərəri var...

    -Niyə belə olmalıdır? Bu zərərin səbəbi nədir? Deməli, xərclərdə problem var. Əgər təmir işləri şişirdilmiş rəqəmlərlə aparılırsa, avadanlıq təmiri süni şəkildə bahalaşdırılırsa, təbii ki, maya dəyəri də şişəcək. Azərbaycanın dövlət idarəçiliyində ən zəif nöqtə məhz budur: xərclərin azaldılması barədə düşünülmür.

    - Digər tərəfdən, vergilərdən sair daxilolmalar üzrə 200 milyon manat artım proqnozlaşdırılır. Bu da verginin yazdığı cərimələr hesabına toplanacaq?

    - Burada təkcə cərimələr yox, həm də gecikdirilmiş ödənişlərdən yaranan penya nəzərdə tutulur. Yəni, hansısa dövlət rüsumunu vaxtında ödəmirsən, üzərinə penya gəlir; cəriməni gecikdirirsən, penya gəlir, vergini vaxtında ödəmirsən, yenə penya gəlir. Nəticədə büdcədə artım göstərilir.

    – Sahibkarları ən çox narahat edən məsələlərdən biri isə sadələşmiş vergi üçün dövriyyə həcminin artırılmamasıdır. Hazırda bu məbləğ ildə 200 min manatdır. Təklif etmişdiniz ki, bu hədd 1 milyon manata qaldırılsın. Sizcə, bu nəyi dəyişərdi?

    – Azərbaycan hökuməti heç olmasa bu məsələyə insafla yanaşmalıdır. Çünki həmin 200 min manatlıq məhdudiyyət dolların 78 qəpik olduğu dövrdə qoyulmuşdu. O vaxt 200 min manat təxminən 240-250 min dollara bərabər idi. Heç olmasa indiki məzənnə ilə hesablayıb bu həddi yarım milyon manata yaxınlaşdırmaq lazım idi. Bu, elementar məntiqdir. Amma bunu etmədilər. Bu isə iş adamları üçün ciddi problemlər yaradır. Onlar məcbur qalırlar ki, bir neçə VÖEN açsınlar – qızının, oğlunun, həyat yoldaşının, yaxud da özlərinin adına. Əgər hədd 1 milyona qaldırılsaydı, həm dövriyyə rahatlanardı, həm də vergi yükü azalardı. Çünki Azərbaycanda vergilər kifayət qədər yüksəkdir.

    Məsələn, Gürcüstanda yarım milyona qədər dövriyyə üçün vergi bir faizdir. Üstəlik, bu, bütün xərclər çıxıldıqdan sonra hesablanır. Bizdə isə belə deyil. Elə sahələr var ki, dövriyyədən düz beş faiz vergi tutulur. Hətta bəzi sahələrdə bunu 21 faizə qədər qaldırmışdılar. İndi təsəvvür edin: bir usta ayda bir dəfə 200 manatlıq iş görür. Onun dövriyyəsi sabit deyil, amma dövriyyədən beş faiz – yəni 10 manat vergi ödəməlidir. Bununla da iş bitmir. Əlavə olaraq Sosial Müdafiə Fonduna ödəniş tələb olunur. Bəzi kateqoriyalarda bu 50 faiz, bəzilərində isə 25 faizdir. Yəni, 200 manatlıq işdən ustadan ən azı 100 manat DSMF üçün tutulur. Bunun üzərinə işsizlik sığortası, icbari tibbi sığorta əlavə olunur və nəticədə 200 manatdan təqribən 130 manatı gedir, cəmi 70 manat qalır. Dünyanın harasında belə vergi sistemi var? Əgər böyük məbləğlərdən söhbət getsəydi, başqa məsələ idi. Amma xırda dövriyyələrdə bu, tamamilə yanlış yanaşmadır.

    Məsələn, qızıl qayda kimi qoymaq olardı ki, ay ərzində dövriyyəsi 1000 manata qədər olan sahibkarın DSMF ödənişi minimum əmək haqqının 25 faizi yox, 5 faizi olsun. Bu, məntiqli olardı. Amma indiki qanunvericilikdə DSMF ödənişləri minimum əmək haqqına faizlə bağlanıb. O vaxt bu qanun qəbul ediləndə minimum əmək haqqı 136 manat idi. İndi isə 400 manatdır. Sabah 1000 manata qalxsa, DSMF ödənişi avtomatik 250 manat olacaq. Bu isə absurddur. Nəticədə yazıq usta bir dəfəlik 200 manatlıq müqavilə ilə iş görür, amma onun 130 manatını vergi kimi ödəməlidir. DSMF ödənişlərini yalnız dövriyyədən hesablanan faizlə bağlamaq mümkündür. Məsələn, 100 manat dövriyyə oldu – 5 manat ödəniş, 1000 manat dövriyyə oldu – 50 manat ödəniş. Bu, məntiqlidir. Amma DSMF ödənişini minimum əmək haqqına faizlə bağlamaq tamamilə əsassızdır.

    – Dediklərinizdən belə mənzərə yaranır ki, iqtisadiyyatda böyümə olsa da, olmasa da hökumət büdcə gəlirlərini artırmağa çalışır. Bunun özəl sektora təsiri necə olacaq?

    – Bizim millət çox qəribə uyğunlaşma xüsusiyyətlərinə malikdir, müxtəlif vəziyyətlərə orijinal formada adaptasiya ola bilir. Amma eyni zamanda müəyyən tənəzzül də müşahidə olunur.

    Məsələn, ÜDM-in cəmi 0,9 faiz artması artıq gizlədilə bilmədi, açıq şəkildə ortaya çıxdı. Mənə elə gəlir ki, bütün bu baş verənlərin kökündə hökumətin seçim qarşısında qalması dayanır: ya devalvasiya, ya da köklü şəkildə vergilərin, cərimələrin artırılması. Devalvasiya çox ağrılı prosesdir, biz bunu 2015-ci ildə gördük.

    – Niyə Neft Fondundan vəsait cəlb olunmur?

    – Neft Fonduna əsasən təhlükəsizlik yastığı kimi baxılır. Açığı, mən də Fondun qapısının açılıb pulların kütləvi şəkildə paylanmasının əleyhinəyəm. Gələcək üçün də nəsə qalmalıdır.

    İkincisi, həmin pulların sadəcə paylanması çıxış yolu deyil. Neft Fondu aqrar və real sektorun bank təminatçısı ola, büdcəni doldurmaqdan əlavə investisiya mərkəzinə çevrilə bilər. Bu sektorlarda elə şərait yaradılmalıdır ki, investor maraq göstərsin. Azərbaycanın sosial-iqtisadi problemlərinin həlli təkcə iqtisadçılardan asılı deyil. Nobel mükafatı almış beş iqtisadçını da gətirsən, problemi həll edə bilməzlər, çünki hökumətin idarəetmə modeli düzgün qurulmayıb.


    Oxunub: 35
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      24-09-2025
      13:15 | Müəllimləri daşıyan mikroavtobus aşdı -  10-dan çox yaralı var
      13:10 | Aviasiya insidentlərini onlar araşdıracaq: Baş nazirdən Qərar
      13:00 | "Özəl pensiya fondu əlavə kimi nəzərdə tutulubsa, heç bir perspektivi olmayacaq"- Ekspert
      12:55 | Baş nazir ət məhsulları barədə yeni QƏRAR İMZALADI
      12:45 | Həbs olunan Adnan Əhmədzadənin "MESSİ PİARI": NEÇƏ MİLYON XƏRCLƏMİŞDİ?
      12:40 | Dərnəgül bazarının arxasındakı evlər SÖKÜLÜR
      12:35 | "Netanyahu və ailəsinin raketlə parçalanmasını istəmirəm..."- Prezidentdən sərt sözlər
      12:30 | Makron Trampla görüşdü: "Fələstini tanımağınız HƏMAS üçün mükafatdır!"
      12:15 | Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək - Tramp
      12:10 | TALIBOV GÜRCÜSTANDA SATDIĞI OTELİ GERİ ALDI - Necə maliyyələşdirdiyini də AÇIQLADI /FOTO
      12:05 | 23 yaşlı oğlaının təcili yardım maşınında müəmmalı ölümü
      12:00 | Beynəlxalq Müəllimlər Günü ilə bağlı MÜDTA-dan AÇIQLAMA
      11:55 | Hakimi təhqir edən şəxs barəsində cinayət işi başlanılıb
      11:50 | "BMT öz işini görsəydi, dünyada müharibələr olmazdı"- Tramp
      11:45 | “GƏLƏN İL CİDDİ SÜRPRİZLƏRLƏ DOLU OLACAQ...”-  “Vergi tətili uzadılmasa, işsizlik artacaq...”
      11:40 | İlham Əliyev İraq Prezidenti ilə görüşüb -  Yenilənib /FOTO
      11:35 | Rusiyanın ən böyük qaz emalı zavodu iflic oldu - Ukrayna PUA-ları böyük zərər vurdu
      11:31 | İranda deputatlar nüvə silahı hazırlamaq tələbi ilə çıxış ediblər
      11:30 | 25 ölkənin XİN rəhbəri İsraili Qəzzadan tibbi dəhliz açmağa çağırıb
      23-09-2025
      21:15 | Ərdoğanın valideynləri: “ANAMIN DUALARI, ATAMIN SƏRT İNTİZAMI İLƏ BÖYÜDÜM”-  FOTOLAR
      21:00 | BMT tribunasında ən uzun çıxış edən liderlər -  4 saat yarım
      20:45 | Tramp Bakı və İrəvan arasındakı sülhdən də danışdı - "7 ayda 7 müharibəni dayandırdım"
      20:40 | Siz bunları BİLİRDİNİZMİ? - Bu məlumatları bilmək çox MARAQLIDIR
      20:35 | “Çin və Hindistan Rusiya müharibəsinin əsas sponsorlarıdır”- Tramp
      16:20 | Adnanın əmlaklarına HƏBS QOYULUB, xanımının HESABLARI BLOKLANIB -  KİV
      16:10 | Federal Təhlükəsizlik Xidmətinin sərhəd gözətçi gəmisi Bakı limanında - FOTOLAR
      16:00 | Rusiyada ölüm cəzası bərpa olunacaqmı?- Yeni Baş prokurordan açıqlama
      15:55 | NATO Rusiyaya xəbərdarlıq etdi -  5 NATO ölkəsinin hava məkanı pozulub
      15:50 | 10 manatlıq şirkət 6.1 milyonluq tenderin QALİBİ OLDU - Daha öncə də daha çox MİLYONLARI UDUB
      15:40 | Paşinyan eks-prezidentlərə MEYDAN OXUDU:  "ÖVLADLARINIZ HARADA İDİLƏR?!"
      15:15 | Ağdam şəhərinə ilk köçün VAXTI AÇIQLANDI - İlk mərhələdə 110 ailə
      15:05 | Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev işdən çıxarıldı
      15:00 | Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatdı - Emin Hüseynov
      14:50 | Şahin Mustafayev Təbrizə GETDİ - Onu Fərzanə Sadiq müşayiət edir /FOTO
      14:15 | Fransa və Almaniya MÜHARİBƏ HAZIRLIQLARINA BAŞLADI - Rusiya-Avropa qarşıdurması GÜCLƏNİR
      14:00 | Ceyhan terminalında xam neftlə bağlı problem artıq HƏLL OLUNUB -  BP-dən AÇIQLAMA
      13:55 | 10 manatlıq şərab şirkətinin 129 min manat vergi borcu var
      13:30 | “Asfalt Raqib” məhkəməni uduzdu -  100 hektar meşəni geri qaytaracaq
      13:25 | İşdən çıxarılanlar 150 nəfərə çatdı -  ADY ixtisarlara başladı
      13:15 | "NATO Odessaya qüvvələr YERLƏŞDİRMƏYƏ HAZIRLAŞIR" -  Rusiya KƏŞFİYYATI
      13:10 | Qazaxdakı Damcılıda arxeoloji qazıntıların dünəni və bu günü - Tapıntılar nümayiş etdirilir
      13:01 | Fələstini tanıyan dövlətlərin sayı artdı - ADLAR
      12:55 | Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, leysan yağacaq
      12:50 | İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
      12:30 | RUSİYA TƏXRİBATI, YOXSA ALYASKA GÖRÜŞÜNÜN “FƏSADI”?- Ağ ev NATO-ya hücumları daha “səhv” adlandıra bilmir
      12:25 | İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüş keçiriləcək
      12:21 | Rusiya ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:15 | Moskvada həyəcanlı gecə -  Hava limanları bağlandı
      01:00 | Adnan Əhmədzadənin özündən 14 yaş kiçik olan həyat yoldaşı kimdir?
      00:55 | BMT-də Ərdoğanın çıxışı zamanı “SABOTAJ”, YOXSA...- Prezidentin SƏSİ KƏSİLDİ
      00:45 | İlham Əliyev "Brookfield Asset Management" şirkətinin icraçı direktoru ilə görüşüb
      00:35 | Ceyhun Bayramov Kaya Kallasla fikir mübadiləsi aparıb
      00:30 | “Gəlinimə sual verdim, cavab vermədən öldürdüm”- Qayınatadan soyuqqanlı İFADƏ
      00:25 | Moskvaya PUA hücumu -  Partlayış səsləri eşidildi
      00:20 | Prezident İlham Əliyev və xanımı ABŞ-də səfərdədir
      00:15 | "Bu gün Fransanın Fələstin Dövlətini tanıdığını bəyan edirəm"- Makron
      00:10 | Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
      00:05 | Krımda Putinin “vacib qonaqları” məhv edilib -  Ukrayna PUA-ları Putinin obyektini hədəf alıblar
      00:00 | Xocalı soyqırımı, Qarakənd faciəsi və s. cinayətlərlə bağlı sənədlər elan edilib - MƏHKƏMƏ /FOTOLAR
      22-09-2025
      21:15 | İran Rusiya ilə nüvə sazişi imzalamağa hazırlaşır - 8 enerji bloku tikilir
      21:05 | Londonda Fələstin səfirliyi rəsmi olaraq açıldı - VİDEO
      21:00 | Keçmiş məcburi köçkünlər 28 yaşayış məntəqəsinə qayıdıb
      18:30 | Adnan Əhmədzadə barədə NÖVBƏTİ İDDİA:  42 ÖLKƏDƏ “GİZLİ ƏL”
      18:20 | “Ter-Petrosyan sülhə nifrət edir”- Paşinyanın silahdaşı sabiq prezidentə cavab verdi
      18:15 | "Yararsız hərbi biletə görə 22 MİN MANAT VERDİM"- Hərbi komissarın məhkəməsi
      17:30 | Rusiya Baş prokurorunun milyonluq mülkləri açıqlandı -  Kremllə üzbəüz 10 milyonluq mənzili var
      17:20 | Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir -  23 milyon avro ayırır
      17:15 | SOCAR Adnana görə NƏ QƏDƏR ZİYAN ÖDƏYƏCƏK? - Şok RƏQƏM
      17:05 | Barakdan SƏRT AÇIQLAMA: Tezliklə bu ilanların başını kəsməliyik!
      17:00 | Adnan Əhmədzadənin vəkili məlum oldu - FOTO
      16:55 | Ermənistanda səfərdə olan Muradovdan Qərbi Azərbaycan açıqlaması
      16:50 | Avtomobillə Bakıya giriş PULLU OLACAQ - RƏSMİ
      16:40 | BİR AVTOBUSA 544 MİN MANAT...- “BakuBus” niyə Çin istehsalına üstünlük verib?
      16:35 | Putin “mühüm bəyanatlar” verəcək -  Təhlükəsizlik Şurasının iclasında
      16:30 | Bazarlara vergi nəzarəti gücləndirilir -  Oktyabrın 1-dən...
      16:25 | Böyükşor gölünün ətrafına 5 milyard dollarlıq investisiya qoyulacaq -  Nələr tikiləcək?
      16:15 | DSX zabiti özünü GÜLLƏLƏDİ - Foto /Yenilənib
      16:10 | Naxçıvan GK-nın sabiq sədri ÖLKƏDƏN QAÇMAQ İSTƏDİ...- Səhət Həbibbəyli SƏRHƏDDƏN GERİ QAYTARILDI
      16:00 | Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli olub - FOTO
      15:55 | “Hələ də yadımdan çıxmır, niyə “Qarabağ Ermənistandır” dedim?”- Paşinyandan ŞOK ETİRAFLAR
      15:50 | Bakıda söküləcəyi deyilən məşhur bazarın direktoru DANIŞDI
      13:50 | Xüsusi karantin rejimi 2026-cı ilə qədər UZADILDI
      13:00 | Dünyanın ƏN TƏHLÜKƏLİ və ƏN TƏHLÜKƏSİZ ŞƏHƏRLƏRİ hansılardır? - ADLAR
      12:50 | Tələbə və təqaüdçülərə gedişhaqları ilə bağlı XOŞ XƏBƏR -  RƏSMİ
      12:45 | Gəncə sakinlərinin DİQQƏTİNƏ - Avtobusda gediş haqları ilə bağlı YENİLİK /FOTO
      12:35 | Yerin nüvəsinin sərhədində sirli yerdəyişmə -  Nələr baş verə bilər?
      12:00 | Ərdoğan Nyu-Yorkda böyük coşğu ilə qarşılandı -  VİDEO
      11:45 | Avstriyada Rusiya CASUSU İFŞA EDİLDİ - OMV-nin yüksək vəzifəli əməkdaşı işdən çıxarıldı
      11:35 | Bu şəxslərə 2600 manat müavinət ödəniləcək -  Millət vəkili açıqladı
      11:30 | Prezident Bakıda keçirilən prokurorların beynəlxalq konfransına müraciət ünvanlayıb
      11:22 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      11:15 | "Azərbaycan dünyanın aparıcı şirkətləri ilə əhəmiyyətli layihələrə imza atıb"-  Prezident
      11:00 | TÜRKİYƏ RƏSMƏN NÜVƏ DÖVLƏTİ OLUR...- “İslam ölkələrinin NATO-su” qurulur?
      10:55 | Portuqaliya da Fələstin dövlətini rəsmən tanıyıb
      10:45 | Netanyahu Fələstini tanıyan ölkələri HƏDƏLƏDİ: “Gözləyin və görün!”
      00:05 | ƏHMƏDZADƏNİN HƏBSİNİN ŞOK PƏRDƏARXASI...- Rusiya "şəbəkəsinin" ifşası ilə hansı mesajlar veriləcək?
      00:00 | ÜÇ BÖYÜK DÖVLƏT FƏLƏSTİNİ RƏSMƏN TANIDI - Daha 7 ölkə bu qərarı verməyə hazırlaşır
      21-09-2025
      19:45 | Məhkumların ORQANLARINI BAĞIŞLAMASI NİYƏ QADAĞANDIR? - Hüquqşünasın ŞƏRHİ
      19:30 | Roma Papası Qəzzanı “şəhid torpaq” adlandırdı
      19:20 | ƏRƏB DÜNYASININ “ƏBƏDİ QAÇQINLARI”- Heç kim “QARDAŞLARI” ÖZ EVİNDƏ İSTƏMİR
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.