Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Məşhur rus jurnalist: “İndi bütün dünya yalnız bir şey istəyir - Putinin ölümünü”
  • Ətrafı Putini aldadıb. O, intihar da edə bilər… – İrandakı keçmiş səfirimizlə MÜSAHİBƏ
  • Qarabağ müharibəsini işıqlandıran rus jurnalist hücuma məruz qalıdı
  • Rus qızları niyə bizim kişiləri sevir?- Azərbaycanlı qadınların fikir vermədiyi özəllikləri rus qadınları kəşf edir
  • Volnovoxa və bir neçə başqa şəhər yer üzündən silinib - Reznikov
  • İKİ GENERALLA ÜZ-ÜZƏ: DOSTOYEVSKİ, KONSTANTİNOPOL VƏ... ÇARQRAD - İbrahim Nəbioğlu yazır

    • Tarix: 24-09-2025, 14:00

    İstanbulda Qərbi Azərbaycan gerçəkləri ilə bağlı konfrans keçiriləcək

    Bu torpaqların da azad edilməsi ilə Qarabağ zəfərini taclandırmış olarıq” — İbrahim  Nəbioğlu

    İbrahim Nebioğlu

    (Xüsusi olaraq "Press-fakt" üçün)

    Bir neçə il əvvəl Türkiyə kanallarından birində dörd saatlıq açıq oturumda Ukrayna məsələsini müzakirə edirdik. Studiyadakı qonaqlardan ikisi – iki türk generalı zaman-zaman rusların humanizmindən, ukraynalıların millətçi çıxışlarından danışır, ara sıra da “rus ədəbiyyatına baxın, bu ədəbiyyatı yaradanlar qəddar xalq ola bilməzlər” deyə yanlış fikirlər səsləndirirdilər.

    Telefonum səssizdə idi, gələn mesajları görürdüm.
    Bakıdan bir mesaj gəldi.
    Yazan Fərrux Şıxlinski (Elçin Şıxlının qardaşı) idi.
    “Sən necə dözürsən generalların bu çıxışlarına?”, – oxudum.
    Fərruxa nə cavab yazdığımı dəqiq xatırlamıram, ancaq yadımdadır ki, çox sərt bir şəkildə iki nüfuzlu hərb adamının bütün tezislərini alt-üst etdim.

    Studiyadan bütün Türkiyəyə səsləndim: nə üçün Dostoyevskinin kitablarında qanlı
    cinayətlər, qəsb, zülüm, ümumiyyətlə "horror" elementləri bu qədər çoxdur? Nə üçün bir nəfər belə müsbət qəhrəmanı yoxdur, ya canidən yazır, ya da psixdən?

    Sualıma özüm də cavab verdim, dedim ki, indi yenə
    “psixoloji dərinlik”, “insanın ən qaranlıq tərəflərinə işıq salmaq üçün bir laboratoriya”, “yazıçının əsas maraq obyekti insanın daxili dünyası” kimi çeynənmiş şeylərdən bəhs edəcəksiniz.

    Belə davam etdim:

    “Dostoyevski Rusiyasının s
    osial-ictimai gerçəklikləri, XIX əsrin ortalarındakı yoxsulluq, ədalətsizlik, məmur özbaşınalığı, mənəvi boşluqla boğuşan xalqı…O, bu reallıqları “cinayət” hekayələri vasitəsilə açırdı, göstərirdi ki, cinayət yalnız fərdin günahı deyil, həm də cəmiyyətin xəstəliklərinin nəticəsidir”.

    Bir az pauza verib belə yekunlaşdırmağa çalışdım fikrimi:

    “
    Dostoyevski üçün cinayət sadəcə qanlı hadisə deyil, günah, əzab, təmizlənmə zəncirinin başlanğıcıdır. Yəni “horror” Dostoyevskidə dini-mənəvi katarsisin qapısıdır”.

    Və üzümü kameralara çevirib dayandım, səsim titrəyirdi… və belə bitridim sözlərimi:

    “Elə bilməyin ki, rus xalqı dini-mənəvi katarsisdən keçib təmizlənib. Bu, hələ əsrlər boyu davam edəcək”…

    Və ən nəhayət dedim ki, bəsdir onun romanlarını oxudunuz, indi də gedin
    “Yazıçının Gündəliyi” kitabına başlayın…

    Aşağıdakı qeydlərim də əziz Fərruxun məni bu “dümsükləməsi” ilə ortaya çıxdı.
    İlk yazımdan fərqli olaraq onu bir qədər genişlətdim ki, növbəti kitabıma salım…


    DOSTOYEVSKİ və KONSTANTİNOPOL

    Konstantinopol bizim olmalıdır, fəth edilməlidir ruslar tərəfindən,
    türklərdən alınıb əbədi bizim olmalıdır… - Dostoyevski

    Bakıda yaşayan bir dostumla – Fərrux Şıxlinski ilə yazışırıq.
    Ukrayna savaşına çatanda söz gəlib Dostoyevskiyə çıxır.
    Yuxarıdakı sözlərini xatırlayırıq.
    Məşhur rus televizyoçusu Nevzorov bir Youtube paylaşımında Dostoyevskini “Rus pravoslav faşizminin baş ideoloqu” adlandırır…

    Gecə Lvovdakı bir arkadaşımla – Boqdanla danışıram telefonda.
    Boqdana zarafatla Allahverdi deyirəm - Boq+Dan
    Narahatdır Boqdan.
    Ailəsini Polşaya göndərib, özü isə savaşa hazırlaşır getməyə…

    XIX əsrin ikinci yarısında Rusiya siyasətində “Şərq məsələsi” ən mühüm mövzulardan biri idi. Burada əsas məsələ Osmanlı İmperiyasının zəifləməsi fonunda onun mirasına kimin sahib çıxacağı idi. Konstantinopol - həm strateji, həm də dini baxımdan - Rusiya üçün “pravoslavlığın müqəddəs paytaxtı” kimi görünürdü. Dostoyevski də bu mövzunu ilk dəfə 1877-də gündəmə gətirirdi.

    “Yazıçının Gündəliyi” (Дневник Писателя) əsərində dəfələrlə Konstantinopol mövzusu qaldıran Dostoyevski yazırdı ki, Rusiya yalnız öz daxili gücünü deyil, həm də pravoslavlıq uğrunda mübarizə missiyasını yerinə yetirməlidir və bu mübarizənin son məqsədlərindən biri Konstantinopolun azad olunmasıdır…

    Əsəri ilk dəfə aspirant vaxtı oxumuşdum.
    Dünən axşam yenə yadıma düşdü.
    İnsan nə qədər psixi sarsıntı keçirməlidir ki, belə sərsəm xəyallara dalsın, deyə düşündüm.

    Ruslar İstanbula “Çarqrad” (Царьград) deyirlər, yəni “Şəhərlər Çarı” – Sən bir sevginin, arzunun, istəyin, inadın gücünə bax. Nə qədər çox istəməlisən ki, şəhərə “Şəhərlər Çarı” deyəsən.

    Dostoyevski üçün Konstantinopol sadəcə şəhər deyil. Onun sevgi və arzusu “Üçüncü Roma” ideyası ilə bağlıdır. Rus ideoloqlarına görə, Bizans İmperiyası süqut etdikdən sonra onun dini və siyasi mirasını Moskva götürmüşdü. Yəni Bizansdan sonra Moskva artıq “Pravoslav dünyasının yeni mərkəzi” hesab olunurdu. Başqa sözlə, Konstantinopol Bizansın paytaxtı idi və pravoslavlığın əsas ocağı sayılırdı. Bizansın çöküşündən sonra rus düşünürləri inanırdılar ki, həmin müqəddəs missiya Moskvanın üzərinə düşür. Ona görə də Moskvaya “Üçüncü Roma” deyirdilər. Dostoyevski də bu ideyanı mənəvi və mistik hədəf kimi qəbul edirdi.

    Dostoyevski türk-müsəlman dünyasına söyləndiyi kimi romantik münasibət göstərmirdi, əksinə, o, Osmanlını Rusiya üçün təhlükə, Konstantinopolu isə ələ keçirilməli müqəddəs hədəf kimi təsvir edirdi. Amma bu baxış təkcə siyasi deyildi, rus yazıçının yaradıcılığındakı milli-mənəvi qatlarla da bağlı idi, Konstantinopolun alınmasını rus xalqının “tarixi missiyası” hesab edirdi.

    Yazıçının romanlarında Konstantinopol - İstanbul mövzusu geniş işlənməsə də publisistik yazılarında bu, açıq şəkildə öz əksini tapır. “Yazıçının gündəliyi” əsərində Balkan müharibələri, slav xalqlarının taleyi və Konstantinopol məsələsi onun üçün “ümumrus idealı”na çevrilir. Bu mövzu Dostoyevskinin əsərlərində rus messianizminin, pravoslavlıq ideyalarının və imperiya təfəkkürünün bir növ mərkəz nöqtəsinə çevrilmişdi…

    Dostoyevskidən fərqli olaraq Tolstoy tam fərqli mövqedə idi. Onun üçün Konstantinopol məsələsi müharibə üçün bəhanədən başqa bir şey deyildi. Tolstoy Rusiyanın Osmanlıya qarşı müharibələrini tənqid edir, dövlətlərin “müqəddəs missiya” adı altında qan tökməsini mənasız görür, insan həyatını və mənəvi dəyərləri siyasi iddialardan üstün tuturdu. Tolstoya görə Konstantinopol uğrunda müharibə nə rusların, nə də insanlığın xeyrinə idi; o, bunu hakimiyyətlərin iştahına və ambisiyalarına bağlayırdı.

    Rus ədəbiyyatının iki önəmli ismi arasındakı fərq çox bariz deyilmi?

    Dostoyevski Konstantinopolun alınmasını Rusiyanın tarixi missiyası hesab edərkən, Tolstoy pravoslavların bu xülayasını siyasi oyun, savaş üçün bəhanə sayırdı.

    Dostoyevski milli-mistik yanaşması ilə Rusiyanın “dünyanın xilaskarı” obrazını müdafiə edərkən Tolstoy humanist mövqe tutaraq müharibəyə qarşı çıxır, Konstantinopolu sadəcə rus imperiya siyasətinin bir oyuncağı kimi görürdü.

    İki böyük yazıcının dünyagörüşü necə də fərqlidir:

    Dostoyevski qatı, mistik millətçi, pravoslav missiyasının təbliğatçısı;
    Tolstoy isə pasifist humanist, hərbi-siyasi ambisiyaların tənqidçisi…

    ***

    Rusların Konstantinopolu ələ keçirmə xülyası ilk dəfə rus tarixçisi Nikolay Danilevskinin 1867-ci ildə yazdığı “Rusiya və Avropa” əsərində dilə gətirilib. Qərbin fərdiyyətçi, aqressiv və kafir olduğunu deyən Danilevski pravoslav-xristian-slavyan “ümmətinin” Avrasiyanı qurmaqla dünyanı xilas edəcəyini yazırdı. Zənnimcə, Dostoyevski də elə məhz onun təsiri altına düşüb.

    Danilevski kimi tarixçilər və rus radikal dinçi-faşist ideologiyasını qəbul edənlər rus xalqını Pravoslav aləminin qılıncı sayırlar. Bu ideologiyanın ən qatı tərəfdarı putinçi Çarqrad (Царьград) qrupudur. Qrupa aid “Tsargrad TV” (Царьград ТВ) kanalı bu radikal cərəyanın əsas təbliğatçısı və ruporudur. 2015-ci ildə rusiyalı iş adamı K. Malofeyev tərəfindən təsis edilmiş kanal ultrasağçı, millətçi, mühafizəkar və monarxist mövqelərdən çıxış edir. Kanal Rus Pravoslav Kilsəsi ilə sıx əməkdaşlıq içindədir.

    İstanbulun ruslar tərəfindən ələ keçirilməsi bu gün utopiya kimi görünsə də, bu, balaca məsələ deyil. Türk Dünyası rusların bu sərsəmləmələrinə qarşı peydərpey cavab verməli, Rusiyanın bütün slavyanları bir dövlət ətrafında toplayıb paytaxtını Çarqrad elan etməsini kəskin şəkildə tənqid etməli, Avrasiya dövləti qurma ehtirasının rus ideoloqların qanına işləməsinə rəğmən “beşiyindəcə boğmalıdır”.

    Bu fikirlərə günümüzdə avrasiyaçı, qatı putinçi Aleksandr Duqinin məqalə və kitablarında və bir vaxtlar Putinin yaxın silahdaşı olan Vladislav Surkovun yazılarında da rast gəlinir. Təəssüf ki, türk oxucu bunlardan bixəbərdir. Zərərli ideolji toxumları olan rusların “III Roma” hədəflərini Türkiyə ictimaiyyətinə çatdırmaq olduqca vacibdir. Zaman-zaman müxtəlif tv kanallarında bu məsələ haqqında xeyli danışmış, çətin olsa da “buzu” yerindən tərpətmişəm. Raskolnikovlar, Karamazovlar və digər “idiotları” əfkari-ümumiyyənin zehnindən birdəfəlik silmək asan iş deyil.

    Ancaq Türkiyədən də əvvəl bu həqiqətləri biz özümüz bilməliyik.
    Əks təqdirdə sapı özümüzdən olan Tolstoyevskilərin şəksiz biət etmələrinin təhlükəli fəsadları başımıza yeni müsibətlər açacaq...


    Oxunub: 306
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.