"MƏHKUMDAN müayinə pulu da aldılar, AMMA…"- Dustaq yaxını Tibb Baş İdarəsindən şikayətçidir
.jpg)
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan Pentensiar Xidmətdən şikayətlərin sayı son vaxtlar artıb.
Belə ki, redaksiyamıza daha bir məhkum yaxını tərəfindən şikayət daxil olub. Müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən şikayətçi deyir ki, Penitensiar Xidmətin Tibb Baş İdarəsində (Ədliyyə Nazirliyinin tabeçiliyinə verilib – red.) özbaşınalıq hökm sürür.
“Görünür, Penitensiar Xidmətin Tibb Baş İdarəsinə gücü çatmır”,- deyən şikayətçi məhkum yaxını Zeynalov Eldar Həsən oğluna qarşı biganəlik haqda məlumat verir:
“Lənkəran türməsindən məhkum Eldar Həsən oğlu Zeynalov artıq bir neçə aydır ki, həkimə müraciət etsə də, baxılmır. Baş-beyin travması olduğu üçün “MRT müayinəsi ödənişlədir”, - deyib pul alsalar da (hətta qəbz də verilib) iki aydan çoxdur ki, cavab yoxdur. Belə çıxır ki, məhkumların sağlamlığı heç kimə maraqlı deyil.
Tibb müəssisəsinin özbaşınalığı ayaq tutub yeriyir, Penitensiar Xidmət isə susur. Görəsən, Tibb Baş İdarəsinin baş həkimi hansı "Həsənağa"nın qohumudur?”/hurriyyet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.