Krımda benzin kollapsı - YDM-lər bağlanır
İşğal altında olan Krımda yanacaqdoldurma məntəqələrində benzin tamamilə yoxa çıxıb.
Bu barədə Rusiya mediasında yayılan məlumatlarda regionda benzin kollapsının yaşanmaq üzrə olduğu deyilir: "Yanacaqdoldurma məntəqələrində benzin yoxdur, bir çoxları işçilərin maaşlarını lüzumsuz yerə ödəməmək üçün tamamilə bağlanır (...) Dövlət sektoru müəssisələri minimal ehtiyaclar üçün də olsa, kuponlar alarkən, özəl firmalar və şirkətlər nəqliyyat imkanlarının çökməsi səbəbindən böyük problemlərlə üzləşir və böyük itkilərə məruz qalırlar. Yollarda çox az sayda mikroavtobus var".
Qeyd edək ki, bundan əvvəl Rusiyanın təyin etdiyi Krım hökumətinin başçısı Yuri Qotsanyuk bəyan etmişdi ki, benzin qıtlığı Rusiyanın bəzi neft emalı zavodlarının istehsal həcmini müvəqqəti azaltması səbəbindən yaranıb. Nəticədə Krıma yanacaq tədarükü azalıb.
Press-fakt





















