Ter-Petrosyan Zəngəzur dəhlizindən “narahatdır”- Sabiq baş nazir isə “həyəcan təbili” çalır
Ermənistandakı qatı millətçi və rusiyapərəst müxalifət qüvvələri Zəngəzur dəhlizi mövzusu ətrafında manipulyasiyaları qızışdırır.
Erməni mediasına qısa açıqlama verən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan “Sünik üçün böyük təhlükələr” gördüyünü deyib.
Jurnalistlər Zəngəzur dəhlizi ilə bağlı hansı təhlükələri gördüyünü soruşduqda o, qısaca belə cavab verib: “Mən çoxlu təhlükələr görürəm”.
Ermənistanın sabiq baş naziri Qrant Baqratyan da Zəngəzur mövzusunda danışarkən “tumanını başına çəkib”: “Meğri təslim edilib. Əvvəllər dörd ölkə ilə sərhədimiz var idisə, indi faktiki olaraq üç ölkə ilə sərhədimiz var. Əgər bu, Ermənistan hakimiyyətinin iddia etdiyi kimi, sadəcə bir yoldursa, Azərbaycanın imzasının orada nə işi var? Əgər bura Ermənistan ərazisidirsə, Azərbaycan niyə buna imza atıb? Onlar dəhlizi, İranla sərhədi təslim ediblər".
Press-fakt





















