Qəzzada ölənlərin sayı 66 mini keçdi - Səhiyyə Nazirliyi
İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində fələstinlilər arasında ölənlərin sayı 66 mini keçib.
Bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
"2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 66 005-ə çatıb və son 24 saat ərzində 79 nəfər ölüb", - nazirliyin açıqlamasında bildirilir.
Bundan əvvəl İsrail ordusu son 24 saat ərzində Qəzzaya təqribən 140 hava hücumu təşkil etdiyini bildirib.
Press-fakt
Oxunub: 44
Xəbəri paylaş
Paylaş: