Tofiq Yaqublu aclıq askiyasına başladı
Müsavat Partiyasının fəalı Tofiq Yaqublu aclıq aksiyasına başlayıb.
Bu barədə Yenisabah.az-a onun yaxınları məlumat verib. Tofiq Yaqublu aksiyanı həbsinə etiraz olaraq keçirir.
O, bu il martın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Sentyabrın 1-də Nizami Rayon məhkəməsində Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib. Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Tofiq Yaqublunun 4 il 6 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilməsini istəyib.
Tofiq Yaqublu həbsini siyasi fəaliyyətilə əlaqələndirir.