Azərbaycanın qızıl ixracı 2 dəfədən çox artıb - tək avqustda 32 mln. dollarlıq qızıl tədarük edilib
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 210.7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.
"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2024-cü ilin müvafiq dövründə qızıl ixracının ümumi dəyəri 96.1 mln. dollar təşkil edib. Beləliklə, 2025-ci ildə qızıl ixracı 2.2 dəfə artıb.
Qeyd edək ki, təkcə avqust ayında Azərbaycan xaricə 32 mln. dollarlıq qızıl tədarük edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49.5% çoxdur.
Oxunub: 46
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							 
							