Ölkədə boşanmanın ən çox və ən az olduğu rayonlar - RƏSMİ STATİSTİKA

Son illər Azərbaycanda boşanma hallarının artması cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Ailə institutunun möhkəmləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, boşanma ilə bağlı statistika ailə münasibətlərində problemlərin hələ də ciddi olduğunu göstərir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2025-ci ilin yanvar - iyun aylarında boşanmaların ən az qeydə alındığı iqtisadi rayon Lənkəran-Astara olub. Burada boşanma göstəricisi hər 1000 nəfərə cəmi 1,4 təşkil edib.
Ən çox boşanmalar isə Gəncə - Daşkəsən iqtisadi rayonunda qeydə alınıb -2,4.
Bakı şəhərində bu göstərici 2,7 olub ki, paytaxt üzrə rəqəmlər ölkə ortalamasından xeyli yuxarıdır.
Press-fakt
Oxunub: 44
Xəbəri paylaş
Paylaş: