Keçmiş prezident Əsədi Moskvada zəhərləyiblər - MƏQSƏD NƏ OLUB?
Moskvada yaşayan Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləyiblər.
Bu barədə Suriya İnsan Haqlarını Müşahidə Qrupu (SOHR) öz mənbələrinə istinadla məlumat yayıb. Qurumdan verilən məlumata görə, həkimlər Əsədi vəziyyətdən çıxarmağa müvəffəq olublar və hazırda onun vəziyyəti stabildir.
Xəbərdə deyilir ki, Əsəd sentyabrın 29-da Moskva kənarındakı xəstəxanadan evə buraxılıb. O, burada olduğu müddətdə yalnız qardaşı Maher Əsəd və prezidentlik işləri üzrə keçmiş baş katib Mənsur Əzzam onunla görüşə bilib.
Əsədi kimin zəhərlədiyi bildirilməsə də, qeyd olunur ki, məqsəd Rusiya rəhbərliyini pis vəziyyətdə qoymaq və keçmiş prezidentin ölümündə Kremli günahlandırmaq olub.
Press-fakt
Oxunub: 30
Xəbəri paylaş
Paylaş: