Ukrayna ilə Rusiya arasında 185 əsir dəyişdirilib
Rusiya Ukraynadan 185 hərbçini geri qaytarıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu il iyulun 23-də İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq 185 rusiyalı hərbçi Kiyevdən geri alınıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 185 hərbi əsiri təhvil verilib. Bundan əlavə, 20 mülki şəxs də geri qaytarılıb", - məlumatda deyilir.
Press-fakt
Oxunub: 33
Xəbəri paylaş
Paylaş: