Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycana səfər edəcək.
Report-un Qazaxıstan bürosunun Akordaya istinadən verdiyi məlumata görə, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
"Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının XII Zirvə toplantısında iştirak edəcək", - Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd edilib
Oxunub: 37
Xəbəri paylaş
Paylaş: