5 oktyabr Müəllimlər Günü münasibətilə yüzlərlə müəllim təltif edildi - Nazirdən ƏMR
Azərbaycanda yüzlərlə müəllim təltif edilib.
Məlumata görə, müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.
Əmrə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə 134 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 301 nəfər isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəxri fərmanı” ilə təltif olunub.
Press-fakt
Oxunub: 43
Xəbəri paylaş
Paylaş: