UEFA Azərbaycanı Ermənistanla eyni qrupa düşməyə qoymadı -
AVRO-2022-nin püşkü atıldı
Futzal üzrə AVRO-2022-nin püşkatma mərasimi zamanı maraqlı hadisə baş verib.
Püşkün nəticəsində Azərbaycan yığması 2-ci qrupa düşüb. Lakin bu qrupda Bolqarıstan – Ermənistan cütü yer aldığı üçün millinin qrupu dəyişib.
Nəticədə Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibinin olduğu 3-cü qrupa düşüb.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşə bilməz.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində qrup oyunları dekabrın 6-da başlayacaq və 2021-ci il aprelin 14-də yekunlaşacaq.
Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq.
İkinci yerin sahibləri arasında ən zəif göstəriciyə malik iki komanda isə pley-off görüşündə üz-üzə gələcək. Bu oyun 2021-ci ilin noyabrında gerçəkləşəcək.