Dünyanın ən yaxşı xəstəxanalarının siyahısı AÇIQLANIB - ADLAR
Beynəlxalq təşkilatlar hər il xəstəxanaları keyfiyyət, pasiyent məmnuniyyəti, texnoloji infrastruktur və tədqiqat fəaliyyəti kimi meyarlar üzrə qiymətləndirərək “Dünyanın Ən Yaxşı Xəstəxanaları” siyahısını dərc edirlər.
Press-fakt “Newsweek”ə istinadən xəbər verir ki, 2025-ci il üçün açıqlanan siyahıda 30 ölkədən təxminən 2 400 xəstəxana qiymətləndirilib, onların arasından ilk 250 müəssisə xüsusi olaraq vurğulanıb.
Hesabat “xəstə təcrübəsi”, “keyfiyyət göstəriciləri” və “xəstə tərəfindən bildirilən nəticələr” (PROM-lar) kimi amilləri birləşdirən metodologiya əsasında hazırlanıb.
Siyahıda ABŞ və İsveçrə xəstəxanalarının üstünlük təşkil etdiyi müşahidə olunur.
2025-ci il üçün dünyanın ən yaxşı 10 xəstəxanası aşağıdakılardır:
"Mayo Klinikası" – Roçester, ABŞ
"Klivlend Klinikası" – Klivlend, ABŞ
"Toronto General" – Universitet Sağlamlıq Şəbəkəsi – Kanada
"Con Hopkins Xəstəxanası" – Baltimor, ABŞ
"Karolinska Universitetssjukhuset" – Stokholm, İsveç
"Massachusetts General Hospital" – Boston, ABŞ
"Charite" – Universitätsmedizin Berlin – Almaniya
"Sheba Tibb Mərkəzi" – Ramat Qan, İsrail
"Sinqapur Ümumi Xəstəxanası" (SGH) – Sinqapur
"Universitätsspital Zürich" – Sürix, İsveçrə
Mütəxəssislər bildirirlər ki, bu reytinq yalnız xəstəxanaların tibbi səviyyəsini deyil, həm də onların pasiyent yönümlü yanaşma və innovasiya imkanlarını əks etdirir.

Oxunub: 28
Xəbəri paylaş
Paylaş: