Qızılın qiyməti tarixi maksimumu yenilədi - 4000 dolları keçdi /Yenilənib
Nyu-York əmtəə birjasında qızılın qiyməti ilk dəfə bir troya unsiyası üçün 4000 dolları ötüb.
“Comex” birjasında dekabr fyuçerslərinin dəyəri 0,35% artaraq 4000,1 dollara çatıb. Lakin sonradan qiymət bir qədər enərək 3987,4 dollar səviyyəsində düşüb.
***
Nyu-York Ticarət Birjasının “Comex” bölməsində qızıl qiymətləri yeni rekorda çatıb.
2025-ci ilin dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 980 ABŞ dollarına yüksələrək tarixi maksimumu yeniləyib.
Eyni sessiyada gümüş də bahalaşaraq, bir unsiyası 48,58 ABŞ dollarına satılıb. Bu, 0,32 faiz artım deməkdir.
Xatırladaq ki, bundan əvvəl - bazar ertəsinə keçən gecə qızıl ilk dəfə 3 950 dollar həddini keçərək tarixində ən yüksək səviyyəni göstərmişdi.
Press-fakt
Oxunub: 35
Xəbəri paylaş
Paylaş:





















