Lukaşenko ölkədə QİYMƏT ARTIMINA QADAĞA QOYDU - Amma “istisnalar da var...”
Belarus Prezidenti Aleksandr Lukaşenko oktyabrın 6-dan Belarusda qiymət artımına qadağa qoyulması barədə göstəriş verib
“Belta” agentliyinin məlumatına görə, Prezident bununla bağlı hökumət üzvlərini toplayıb: "Oktyabrın 6-dan bütün qiymət artımları qadağandır. Qadağa qoyuldu! Bu gündən. Sabah yox, bu gündən. Qiymətlər bir gecədə şişməsin. Ona görə də bu gündən etibarən qiymət artımı qadağandır".
Belarus Prezidenti bu qərarının səbəbini açıqlayıb: “Bu gün də qiymətlər hədsiz dərəcədə artıb. Onlar tavanı vurub. Daha heç bir yerdə qiymət artımına icazə verilmir. Ehtiyac yoxdur. Amma istisnalar da var. Və bu istisnalar nazirin və qubernatorların nəzarətindədir. Bu qədər".
Lukaşenko həmçinin bununla bağlı hər hansı bağlanma və ya bazardan çıxmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.
Məlumata görə, baş nazirin müavini Nikolay Snopkov Lukaşenkoya etiraz etməyə cəhd göstərib, lakin prezident rəsmiləri “xalq üçün yaxşılıq etməyə” çağırıb.
“Xalq üçün ən yaxşısını edin!”,- Lukaşenko bəyan edib.
Press-fakt