Koçaryan İranı da Zəngəzur dəhlizinə “calayır”- "İran bundan nəsə qazanmalıdır, ya yox?”
“Ermənistanın böyük qonşusu İranı “Tramp marşrutu” layihəsinə (Zəngəzur dəhlizinə -red.) daxil etmək üçün formula tapılmalıdır”.
Erməni mediasının yazdığına görə, bunu keçirdiyi mətbuat konfransında Ermənistanın keçmiş başçısı Robert Koçaryan deyib.
O, iddia edib ki, İran “Zəngəzur dəhlizindən heç nə qazanmayacaqsa, bu məsələ Ermənistan üçün risklər yaradacaq: "İran bundan nəsə qazanmalıdır, ya yox? İran hazırda bu layihədən nə qazanır?”
O əlavə edib ki, Amerika şirkətinin Ermənistan-İran sərhədində olmasına cavab olaraq Tehranın yürütdüyü siyasət fəlakətə səbəb ola bilər. Onun qiymətləndirməsinə görə, bu, risklidir və sərhədin mövcudluğunu təhdid edir.
Press-fakt
Oxunub: 30
Xəbəri paylaş
Paylaş: