Rusiyada Azərbaycan nömrələri işləmir - Xarici “sim-kart”-lara internet qadağası qoyulur
Rusiyada xarici sim kartlarda mobil internet bağlanıb.
Oktyabrın 6-dan başlayaraq xarici nömrələrin istifadəçiləri mobil internetlərinin yoxa çıxdığını müşahidə edirlər.
Rusiya mediasının bildirdiyinə görə, problem MDB ölkələri də daxil olmaqla bütün xarici operatorları əhatə edib. İnternetə giriş təkcə fiziki SİM kartlarda deyil, eSIM-lərdə də bloklanır.
Bununla belə, səsli zənglər və SMS işləməkdə davam edir. Xarici SİM kartlarda mobil internetin dayandırılması oktyabrın əvvəlindən başlayıb. Əvvəlcə tədbir Ukrayna ilə həmsərhəd bölgələrə aid idi, lakin indi analoji hallar bütün ölkə üzrə qeydə alınır.
Press-fakt
Oxunub: 25
Xəbəri paylaş
Paylaş: