"“Oğuznamələr” ilk dəfə ortaq türk əlifbası ilə nəşr olunur"- Ərdoğan ortaq əlifbadan danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsində çıxış edərək ortaq əlifba məsələsində Türkiyənin qabaqcıl addım atdığını açıqlayıb.
Ərdoğan bildirib ki, Çingiz Aytmatovu tanıdan bir əsər və “Oğuznamələr” ilk dəfə ortaq türk əlifbası ilə nəşr olunur və bu nəşrlər zirvə çərçivəsində dövlət başçılarına təqdim edilib.
Prezident vurğulayıb ki, Türk dövlətləri elm, texnologiya və süni intellekt sahələrində əməkdaşlığı gücləndirməli, “Türk dili böyük modelini” inkişaf etdirməyi sürətləndirməlidirlər.
Ərdoğan həmçinin Türk dünyasının təhlükəsizlik, iqtisadi və mədəni inteqrasiyasını gücləndirməyin vacibliyini qeyd edib və ortaq nəqliyyat dəhlizinin daha səmərəli işləməsi üçün birgə addımlar atmağa çağırıb.
Türkiyə lideri çıxışının sonunda Azerbaycana ev sahibliyinə görə təşəkkür edib və “Türk dünyası gələcəyə qardaşlıq ruhu ilə inamla addımlayır” sözləri ilə zirvəni yekunlaşdırıb.