AYNA-dan 45 MİLYONLUQ MÜQAVİLƏ (!) - Magistral yollarda xətlənmə işlərinə REKORD vəsait AYRILDI
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ölkə üzrə magistral yollarda nişanlanma və xətlənmə işləri üçün 45 milyon manatlıq iri maliyyə öhdəliyi götürüb.
Press-fakt iqtisadiyyat.az-a istinadla xəbər verir ki, agentlik bu işlərin icrası məqsədilə “STP-Btech” şirkəti ilə iki iri müqavilə bağlayıb.
Sənədlərə əsasən, müqavilələrdən biri 11 milyon 465 min manat, digəri isə 33 milyon 549 min manat dəyərindədir.
Beləliklə, ümumilikdə AYNA tərəfindən magistral yolların nişanlanması və xətlənməsi işlərinə 45 milyon manata yaxın vəsait sərf olunacaq.
Qeyd edək ki, bu məbləğ son illərdə yol nişanlanması və xətlənməsi üçün ayrılmış ən böyük rəqəmlərdən biri hesab olunur. Müqavilələrin şərtləri, işlərin başlanma və yekun müddətləri barədə hələlik əlavə məlumat verilmir.