Bu 4 univeristetimiz dünyanın ən nüfuzlu ali məktəbləri sırasında yer aldı
Azərbaycanın ali təhsil müəssisələri beynəlxalq səviyyədə daha bir uğura imza atıb.
“Times Higher Education” (THE) təşkilatının 2025-ci il üçün açıqladığı dünya universitetlərinin qlobal reytinq cədvəlinə ölkəmizdən dörd universitet daxil olub.
Siyahıda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 801–1000 aralığında qərarlaşıb və ölkə üzrə ən yüksək göstəriciyə malik ali məktəb olub.
Bundan əlavə, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universiteti (AzTU) 1501+ kateqoriyasında yer alıblar.
Press-fakt
Oxunub: 26
Xəbəri paylaş
Paylaş: