Putin və Əliyev Düşənbədə görüşəcək - Peskov: konstruktiv dialoq gözlənilir
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Tacikistana dövlət səfəri çərçivəsində gündəlik çox genişdir və bu səfərin önəmli mövzularından biri Rusiya-Azərbaycan münasibətləridir.
Peskov vurğulayıb ki, artıq razılaşma əldə olunub və iki prezident Düşənbədə görüşəcək. O qeyd edib ki, tərəflər görüşün nəticələrinə optimist yanaşırlar və liderlərin hazırkı ikitərəfli münasibətləri və mövcud problemləri müzakirə etməsi gözlənilir.
Kreml rəsmisinin sözlərinə görə, 7 oktyabrda baş tutan Putin-Əliyev telefon söhbəti “yaxşı, pozitiv və konstruktiv” olub və gələcək görüşün təşkili də həmin danışıq zamanı razılaşdırılıb.
Peskov əlavə edib ki, görüş zamanı prezidentlər Rusiya-Azərbaycan əlaqələrinin cari vəziyyətini qiymətləndirəcək və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.
Press-fakt