Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi məlum oldu
2025-ci il Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi bəlli olub. O, macar yazıçısı Laszlo Krasznahorkaya layiq görülüb.
Nobel Komitəsi onun "apokaliptik dəhşət içində sənətin gücünü bir daha təsdiqləyən cəlbedici və uzaqgörən işinə görə" seçildiyini elan edib.
Xatırladaq ki, 2024-cü il Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısı Han Kanqa verilib. Onun ən məşhur kitabı ətdən imtina etmək qərarı həyatında dağıdıcı nəticələrə səbəb olan bir qadın haqqında olan "Vegetarian" romanıdır.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş: