Parisdə xarici işlər nazirləri səviyyəsində Qəzza görüşü başlayır
Fransanın paytaxtı Parisdə Qəzzada əldə olunan və qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasının icrasını müzakirə etmək üçün xarici işlər nazirlərinin toplantısı başlayır.
Press-fakt xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçiriləcək görüşdə Qəzzada qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşması, bölgənin yenidən qurulması və humanitar yardımların çatdırılması kimi müxtəlif məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Xarici işlər nazirləri səviyyəsində keçirilən toplantıda Türkiyə, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Avropa İttifaqından (Aİ) nümayəndələr iştirak edir.
Türkiyəni təmsil edən xarici işlər naziri Hakan Fidanın da qatıldığı toplantı Fransa prezidenti Emmanuel Makron və Fransa xarici işlər naziri Jan Noel Barrotun açılış nitqlərindən sonra bağlı qapılar arxasında davam edib.