“Növbədə Kanadanın ABŞ ilə birləşməsi var”- Trampın Karniyə cavabı gündəm oldu /VİDEO

ABŞ Prezidenti Donald Trampın Kanada Baş naziri Mark Karni ilə görüşü əsnasında dediyi fikirlər gündəm olub.
Belə ki, Karni çıxışı zamanı Trampın keçmiş dövrünə toxunaraq deyib: “Siz Ermənistan və Azərbaycan arasındakı müharibəni dayandırdınız".
Buna cavab olaraq Tramp gülümsəyərək: “Növbədə Kanadanın ABŞ ilə birləşməsi var,”- deyə bildirib və ardınca əlavə edib: “Zarafat, zarafat.”
Trampın bu fikirləri tədbir iştirakçıları arasında gülüşlə qarşılanıb, lakin sosial mediada fərqli reaksiyalar doğurub.
Bəziləri onun sözlərini yumor kimi qəbul etsə də, digərləri belə mövzuların siyasi kontekstdə ehtiyatla işlədilməli olduğunu qeyd edib.
Press-fakt
Oxunub: 26
Xəbəri paylaş
Paylaş: