Yaponiyada tayfun 114 mindən çox evi işıqsız qoydu
Yaponiyanın cənub-qərbindəki Küsü adasında ən azı 117 min ev bölgəni bürümüş “Maysak” tayfununun səbəb olduğu leysan yağışları və güclü küləklər nəticəsində elektrik enerjisiz qalıb.
Bu barədə TASS xəbər verir.
Elektrik enerjisinin təminatında kəsilmə hadisələrinin Saqa, Kumamoto və Fukuoka prefekturalarında qeydə alındığı bildirilib. Ancaq bu cür hadisələrin əksəriyyəti, təxminən, 114 min evin elektrik enerjisiz qaldığı Naqasaki prefekturasında baş verib.
“Kyodo” agentliyinin verdiyi məlumata görə, “Maysak” tayfunu nəticəsində xəsarət alanların sayı 18 nəfərə çatıb. Xəsarətalma hallarının hamısı Küsü adası ərazisində qeydə alınıb.
Oxunub: 499
Xəbəri paylaş
Paylaş: