Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Tələbə qəbulu ilə bağlı qaydalar açıqlandı
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • "Rus qoşunları çəkilsə, Türkiyə əsgərləri 2 saata İrəvandadır" - bir "plan"ın izi ilə - DETALLAR
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • Dərslər başlayır, camaatı dərd götürüb, amma dinləyən yoxdur...

    • Tarix: 3-09-2020, 16:32

    Dərslər başlayır, camaatı dərd götürüb, amma dinləyən yoxdur...


    Onlayn dərslərə qoşulmaq üçün təhsilalanların və təhsil işçilərinin hamısında texniki imkan varmı? – Cavabsız sual
     
    Sentyabrın 15-də ölkəmizdə dərslər başlayır. Lakin bu dəfə parta arxasında yox, həm də monitor qarşısında. Belə ki, Təhsil Nazirliyinin qərarına əsasən, dərslər 1-4-cü siniflər üçün həftədə 2-3 dəfə olmaqla əyani, 5-9-cu siniflər onlayn (oktyabrın 1-dən həftədə 2-3 dəfə əyani formada keçiriləcəyi nəzərdə tutulur), 10-11-ci siniflər onlayn (oktyabrın 15-dən həftədə 2-3 dəfə əyani formada keçiriləcəyi nəzərdə tutulur), peşə, ali və orta ixtisas təhsili müəssisələri onlayn formada başlayacaq. Noyabrın 2-dən isə epidemioloji vəziyyətdən asılı olaraq müvafiq qərar qəbul ediləcək.
     
    Bəs, onlayn dərslərə qoşulmaq üçün təhsilalanların və təhsil işçilərinin hamısında texniki imkan varmı?
     
    Az qala, hər kəsin əlində smartfon olsa da, bu, hələ o demək deyil ki, həmin telefon onlayn dərslər üçün internetə qoşula bilmə gücünə malikdir. Eyni zamanda da bir çox ailədə kompüter, planşet və internet problemi var.

    Texnologiya və internet dövründə hələ də bu kimi problemlərdən əziyyət çəkənlərin varlığı pandemiyanın məcbur etdiyi şərtlərlə daha aydın görünməyə başladı. 6 aydır davam edən karantin rejimi və bu müddətdə həyata keçirilən dərslər, imtahanlar onu göstərdi ki, texniki baxımdan onlayn (distant) təhsil üçün əngəllər var. Gəlin, ayna-nın həmsöhbətlərinin fikirləri ilə tanış olaq.
     
    Bənövşə Əsgərova Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində təhsil alır. Bənövşənin ailəsi Goranboy rayonunda yaşayır. Universitetlərdə ənənəvi dərslər pandemiyaya görə təxirə salınanda o da rayona – ailəsinin yanına gedib. Dərslərə də elə rayondan qoşulacağını planlayıb. Düzdür, dərslərdə iştirak edib, amma min bir əziyyətlə.

    Pandemiya dövründə distant təhsil sistemi özünü doğrultdumu? - ARAŞDIRMA

    “İstər ənənəvi olsun, istər onlayn, dərslərdə iştirak etmək mənim üçün çox önəmlidir. Məsələ qaib almaq və ya başqa bir şey deyil. Mən semestr ərzində dərslərdə iştirak etmək istəyirəm ki, müəllimlərimdən nəsə öyrənim. Onlayn dərslər məcburi deyildi, amma mənim üçün iştirak vacib idi. Ötən semestr dərslər onlayn qaydada keçirildiyi üçün ilk olaraq qəsəbənin poçtuna müraciət etdim ki, telefon xəttinə internet buraxılsın. Məsafə uzaq olduğu üçün “mümkün deyil” dedilər. Sonra Goranboy rayonunun rabitə xidməti ilə əlaqə saxladım. Müsbət cavab verdilər ki, həll edəcəyik, lakin neçə ay keçib, hələ də bir iş görülməyib”, - tələbə qız deyir.
     
    O bildirir ki, kəndləri – Aşağı Ballıqaya o qədər ucqar yerdə də deyil, üstəlik də düzən ərazidir. Lakin mobil operatorların da internet sürəti çox zəifdir: “Evlərə internet çəkilmədiyi üçün məcbur olub mobil operatorların internetinden istifadə etdim. “Azercell”dən 4G modemi satın aldım və hər 10 gündən bir aylıq paket götürdüm. Ümumi hesablasam, karantin vaxtı dərslərə, imtahanlara qoşulmaq üçün 500 manatdan çox pul xərcləmişəm. Şəxsi istifadə üçün olan interneti bura qatmıram”.
     
    Bənövşənin dediyinə görə, bu, təkcə onun üçün problem deyil. Kəndlərində ondan başqa da tələbə, müəllim, şagirdlər var: “Hazırda dərslər məktəblərdə də onlayn formada keçiriləcək. Onlar da bu problemdən əziyyət çəkirlər. Kənddə maddi imkanı çox yaxşı olan insan az taparsız, amma savadlı uşaqlar çoxdur. Onlar təhsil almaq, savadlı olmaq istəyirlər”.
     
    “Mən mövcud problemimizlə bağlı Goranboy Rayon İcra Hakimiyyətinə də elektron formada ərizə yazmışam, amma hələ cavab almamışam. Bizim bu məsələləri müzakirə etmək üçün müraciət edəcəyimiz bir bələdiyyə sədri də yoxdur. Vətəndaşların müraciətlərinə baxılmır. Kəndin bundan başqa problemləri də var, lakin hazırda bizi narahat edən başlıca səbəb tədris prosesinə qoşulmaq üçün internetin olmamasıdır”, - müsahibimiz fikrini tamamlayır.
     
    Digər bir qəhrəmanımız isə paytaxtdan kilometrlərlə uzaqdakı hansısa rayonumuzda yox, elə Bakıda yaşayan Lalə Mustafayevadır. O, Bakının Sabunçu rayonu Bilgəh qəsəbəsi “Cayka lager” adlanan keçmiş “Qağayı” düşərgəsində yaşayan sakindir. Deyir ki, həmin ərazidə 30 ilə yaxındır məskunlaşmış məcburi köçkünlər də yaşayırlar və hökümət onların hər biri üçün telefon xətti də, internet də çəkib.
     
    “Biz dənizə yaxın, bağlar ərazisində qalırıq. Burada da daha çox imkanlı ailələr yaşayır. Onlarda da internet problemi yoxdur. Lakin biz internetə məhrum qalmışıq. Müraciət etmişik, deyiblər ki, yaxın ərazidə telefon xətti üçün yer yoxdur. Guya, Əliağa Şıxlinski küçəsində boş xətt var, oradan da bizə internet çəkməyə 400 manat pul lazımdır. Mobil operatorların internet xidməti də çox bahadır. Dərslər başlayır, uşaqlar onlayn dərslərə necə qoşulacaq, bilmirik”, - Mustafayeva bildirir.
     
    İsmayıl İsmayılov da internet sürətinin zəif olmasından şikayətlənən yüzlərlə vətəndaşımızdan biridir: “Hazırda Bilgəhdə bağ evindəyik. İnternetin sürəti çox zəifdir. Ümumiyyətlə, mən deyərdim ki, Bakıətrafı kəndlərin çoxunda vəziyyət bu cürdür. Fiber-optik internet olmasa, bu problem düzələn deyil. İnternet həm də telefon xətlərini yandırır. Elə dünən usta gəldi, bir neçə şeyi kəsib atdı, yenidən birləşdirdi. Rusiyada 150-500 mb sürət var, bizdə isə 1-2. Evdə hər gün internet üstündə davadır. Bu gün səhər bir faylı hamı yatandan sonra göndərə bilmişəm”.
     
    Nihat Piriyev Lənkəranda tələbədir, o da internetin sürətindən şikayətçidir: “Burada internetin sürəti çox zəifdir. İnternet xətləri və kabel şəbəkəsi bərbad vəziyyətdədir. Yağışlı havada internet ümumiyyətlə, olmur. Bu şəraitdə onlayn dərslərə qoşulmaq mümkünsüzdür”.

    Osman Gündüz: “Yeni təhlükəsizlik tədbirləri görülməlidir”

    Göründüyü kimi, ölkə üzrə müxtəlif yerlərdə ineternetin, ümumiyyətlə olmaması və ya çox zəif olması ilə bağlı ciddi problem var. Məsələni şərh edən Azərbaycan İnternet Formunun (AİF) prezidenti Osman Gündüzün sözlərinə görə, bir sıra suallar hələ də açıq olaraq qalır: “Təhsil Nazirliyi monitorinq apararaq müəyyənləşdirməli idi ki, neçə şagird, müəllim, tələbənin normal internet bağlantısı, kompüteri yoxdur, hazırkı şəraitdə keyfiyyətli internet infrastrukturu olmayan yaşayış məntəqələrinin sayı nə qədərdir və hansılardır, neçə şagird, tələbə, müəllimi kompüter və internetlə təmin etmək mümkün olacaq və sair. Göründüyü kimi, hələ də bu sualların cavabı yoxdur, biz bilmirik harada, kimdə hansı problemlər var”.
     
    “Ehtiyac var idi ki, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil operatorlar, provayderlər kiminsə koordinasiyası altında görüş keçirərdi. Ortalığa bir xəritə qoymaq lazım idi ki, ölkədə vəziyyət nə yerdədir. Hazırda isə durum çox qarışıqdır. Hesab edirəm ki, belə halda distant təhsillə bağlı ciddi problem yaşanacaq və keyfiyyətli təhsil prosesini qurmaq mümkün olmayacaq”, - ekspert bildirib.
     
    “Dünya ölkələrinin bununla bağlı tərübəsi var. Bu problem tək bizdə deyil, qonşu ölkələrdə də var. Onlar vəziyyətdən çıxış yolunu bu cür portnyorluqla, özəl və dövlət qurumlarının əməkdaşlığı, beynəlxalq qurumların köməyi ilə həll etməyə çalışırlar. İnternetdən əlavə, komputerlə bağlı problem var. Bununla bağlı da nazirlik özü bir xəritə çıxarmalı idi ki, kimin əlində hansı alət var, kimdə yoxdur. Bu sualların cavabı hələ də açıq qalıb. Teledərslərdə interaktivlik yoxdur, bu halda keyfiyyətli təhsildən söhbət gedə bilməz”, - Gündüz vurğulayıb.

    Cəsarət Valehov: Hazırkı şəraitdə evdə qalmaq uşaqlarımızın təhlükəsizliyi  üçün olduqca vacibdir - İki sahil

    Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ayna-ya deyib ki, bu istiqamətdə xüsusi olaraq monitorinqlər, keyfiyyət göstəriciləri ilə bağlı təhlillər aparılır: “Bütün ölkəni bir ay ərzində planşetlə təmin etmək mümkün deyil. Desək ki, bunu edəcəyik, bu, doğru olmaz. Hətta, planşet verilsə belə, onun özü də problemin həlli yolu deyil. Planşet özlüyündə tədrisin aləti ola bilər. Amma konkret, vahid kontentin ora yüklənməsi bir az başqa məsələdir. Bununla bağlı xüsusi olaraq işlənməlidir”.
     
    Bəs, indiki vəziyyətdə internet və texniki problem yaşayanlar nə etsinlər? Belə çıxır ki, hər kəs öz probleminə çarəni özü tapmalıdır? Buna cavab olaraq Valehov qeyd edib ki, teledərslər də yayımlanır: “Bu, o deməkdir ki, təhsilalanlar təkcə kompüterlə yox, televizorla da dərsləri izləyə bilirlər”.
     
    Qeyd edək ki, Təhsil Nazirliyinə 19 avqustdan ünvanladığımız “Nazirliyin testdən keçirdiyi, dayanıqlı fəaliyyət göstərə biləcək neçə virtual təhsil platfroması var? TN-in bazasında siniflər üzrə neçə rəqəmsal resurs, video dərslər, elektron dərslər var? Neçə müəllim distant təlimlər üzrə sertifikata malikdir?” suallar da cavabsız olaraq qalmaqdadır…

    Aləmdə Nəsib

    Oxunub: 759
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.